Goranboy rayonunda müharibə veteranları — Vüsal, Rüfət, Mətləb və Elşən Hüseynov qardaşları bu ildə öz təsərrüfatlarından 10 baş heyvan kəsərək rayonda yaşayan imkansız şəhid ailələri və qazilərə Qurban payı paylayıblar. Bu işdə rayonun müharibə veteranları yaxından iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.
Elmar Məmmədov bildirib ki, bu qardaşlar hər il Qurban bayramında öz hesablarına bu işi görməkdədirlər. Allahdan qardaşlara bol ruzi və can sağlığı arzulayır, bayramlarını təbrik edirik.
N. Məmmədli



