Lerik rayonu Pirəsorə kəndində veteranlarla görüş keçirilib

Lerik rayonu Pirəsorə kəndində, bu kənddən olan müharibə veteranları ilə görüş təşkil edilib. Pirəsorə «Zirvə» İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bu görüşdə hər iki müharibənin iştirakçıları iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev məlumat verib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev çıxış edərək, qeyd etdi ki, AVMVİB daim müharibə veteranlarına diqqət və qayğı göstərən hər kəsin əməyini qiymətləndirir və bu təşəbbüsü də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından alqışlayıram. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının vahid komandanlıq altında bir yumruq kimi birləşməsini bütün dünyaya göstərdi. Nəticədə 30 il həsrətlə gözlədiyimiz Zəfərə imza atdıq. Bu təşəbbüsü AVMVİB adından alqışlayır və Pirəsorə «Zirvə» İctimai Birliyi təsisçilərini AVMVİB sədri adından Fəxri fərmanla təltif edir.


R. Baxşiyev bildirdi ki, bundan sonra da əlaqələrimiz davam edəcək.


E. Səlim

Bu xəbəri paylaşın: