«Türkiyə ilə münasibətlərin normallaşması siyasi iradə tələb edir» — ERMƏNİ NAZİR

Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün siyasi iradə və real addımlar lazımdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib.

O, iki ölkənin xüsusi nümayəndələr təyin etdiyini, şərt irəli sürmədən ölkələrin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına yönəlik proseslə bağlı 4 görüşün keçirildiyini xatırladıb.

“Prosesə pozitiv dinamika vermək üçün Türkiyə XİN başçısının təklifini qəbul edərək Antalyada keçirilən diplomatik foruma qatıldım və onunla forum çərçivəsində görüşdüm”, — Mirzoyan əlavə edib.

Xatırladaq ki, erməni nazir Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub.

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün real şanslar var”.

Nazir bildirib ki, 10 noyabr bəyannaməsi və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, iki ölkə arasında ümumi münasibətlərin tənzimlənməsi, sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə, habelə regional iqtisadi əlaqələr və nəqliyyat.kommunikasiyanın blokadadan çıxarılması istiqamətlərində dialoq başlayıb.

“Bütün istiqamətlərdə konstruktiv səylər göstərməyə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, – Mirzoyan qeyd edib.

Nazir Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinin perspektivinə də toxunub:

“İnanırıq ki, regionda qan tökülməsinə və nifrətə baxmayaraq, Cənubi Qafqazda sülhün bərqərar olması üçün real şans var. Ermənistan dəfələrlə regionda uzunmüddətli sabitliyin bərqərar olmasına və dinc inkişaf erasının başlamasına hazır olduğunu təsdiqləyib”.

Bu xəbəri paylaşın: