İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də peşəkarlığı və humanistliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti, Vətənpərvərliyi və idarəçilik qabiliyyəti ilə secilən Müharibə Veteranı ehtiyatda olan Mayor Vusal Axundovun iyul ayının 10 -da 63 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan mayor Axundov Vusal Vaqif oğlunu dogum gunu munasbətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir ,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır, yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşdursun.
Mayor Axundov Vüsal Vaqif oğlu 1969 -cü ilin iyul ayının 10 da Şirvan ( kecmiş Əlibayramlı) şəhərində anadan olub. Əslən Salyan rayondandır. 1986- cı ildə Şirvan ( Əlbayramlı) şəhərində orta məktəbi, 1992 -ci ildə Azərbaycan Texniki Universiteti, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində İsə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin ixtisas artırma (tabor qərargahının rəisi) kursunu bitirib . Daxili Qoşunlarda xidmət müddətində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki -təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak edib.
1992 — ci ildə Şirvan (Əlbayramlı) şəhərində müxtəlif vəzifələrdə işləyib. 1993 — 2003 -cü illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Hacıqabul, Biləcəri və digər rayonlarında yerləşən hərbi hissələrdə, Alı Hərbi Məktəbdə bölmə rəisi , Böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Böluk komandiri, Tabor qərargahnın rəisi, Qərargah rəisinin müavini, Döyüş Hazırlığı bölməsinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Vusal Axundov Daxili Qoşunların Bas İdarəsinin Ali hərbi məktəbindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra, «SOCAR” Azəriqaz IB Salyan Regional Qaz istismar İdarəsində şöbə rəisi işləyir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları onu, vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların məktəb rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətələrə Görə » döş və yubiley nisanları ilə ,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
-» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
«Silahlı Qüvvələrin yaranmasının» 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
VÜSAL BƏY, 53 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev