TƏKRAR: 31 AVQUST 2019-CU İL
REDAKSİYADAN: 3 yaşlı körpəyə güllə sıxan, hamilə qadınların bətnindən doğulmamış körpəni qılıncla çıxaran, anaya öz oğlunun ətini yedizdirən və daha iyrənc əməllərə sahib olan XXI əsrə də bu əməllərlə gələn bir yığnaq dünyaya nağıl uydurur. Nağılda bir-neçə məqam diqqət çəkir. Anası erməni olan türk zabitinin xəyanəti. Anladınızmı, niyə bu ölkədə artıq çoxluqda olan belə məmurlar bizdən kimlərin qisasını alırlar? Oğuz Xaqanın bir sözü var: «Tarix bir xain türk yaradınca, yaratmasa yaxşıdır». O qırılmış bellərinizi qoruyun. Bu 100 illik xəyanətə mərhəmət donu geydirən hay-boşlar, unutmasınlar ki, xəyanətin yaşı olmur. Amma bizlər nədənsə, xəyanəti anındaca unuduruq…
***
…Mustafa, 1918-ci ilin mayında Ermənistan ərazisini «işğal» edən Türk ordusunun bir zabiti idi. O, Saramec kəndində yaşayan erməni əhalisini müdafiə edən qızğın bir müdafiəçisiyə çevrilmişdi.
SputnikArmeniya bu satqın türkə həsr etdiyi məqalədə yazır: «Saramec — Ermənistanın Lori bölgəsinin ucqar dağlıq bölgəsində yerləşən bir kənddir. Bu kənd 1862-ci ildə «Qərbi Ermənistanın» Muş şəhərindən köçmüş ermənilər tərəfindən məskunlaşdırılmışdır. Aşot Gevorkyan SputnikArmeniyada yayımlanan «Biz» verilişində kəndin həyatı, özünəməxsus sakinləri haqqında danışır.
Böyük Vətən Müharibəsi illərində 268 nəfər Saramecanlı cəbhəyə yola düşüb, onlardan 75 nəfəri döyüş bölgəsindən qayıtmayıb.
2001-ci il siyahıyaalınmasına əsasən Saramec əhalisi 1,407 nəfər idi. İndi burada 1115 nəfər yaşayır. Kəndin adi həyatı, ilk baxışdan qalanlarından fərqlənmir.
Ancaq bu kəndin ümumbəşəri sevgi və tolerantlıq haqqındabir hekayəsi var. On illiklərdən çox, yadda qalan bir hekayə. Türk zabiti Mustafanın hekayəsi.
Mustafa 1918-ci ilin mayında Ermənistan ərazisini «işğal edən» Türk ordusunun zabiti idi. Saramec kəndi qəhrəmanımızın əmri altında olan ərazidə yerləşirdi.
“Deyilənlərə görə, Mustafanın anası erməni imiş. Bunun həqiqət olub olmadığı bilinmir, amma nədənsə, Mustafa kəndimizin sakinlərini müdafiə etmək qərarına gəlibmiş»-deyə 83 yaşlı Hmayak Hovhannisyan bu əhvalatı danışır.
Gizli şəkildə bu zabit sakinlərə sığınmağa kömək edir. Və nəticədə heç bir kəndli türk əsgərindən zərər görmür.
Onu ermənilər öz adamları kimi qəbul edirlər. Hekayəni kənd icmasının başçısı Hayk Hovhannisyan davam etdirir. Çar ordusunda xidmət edən babası — Lazar iki Müqəddəs Georgi xaçına layiq görülmüşdü. Lazar qonşu bir kənddə yaşayırdı. Kəndin müdafiəsi zamanı Türklər tərəfindən tutulmuşdu. Ancaq o, Türk Paşasının əlindən Mustafanın səyi ilə sərbəst buraxılmışdı.
Türk ordusunun geri çəkilməsindən sonra Mustafa kənddə qalmaq qərarına gəlir. Mustafanın övladı qalmayıb, çünki o, bütün ömrü boyu subay qaldı.
Kənd qəbiristanlığında Türk adətiylə dəfn olundu.
Bu türk zabitinin hekayəsi mərhəmət nümunəsidir, qəddarlıq və qeyri-insani münasibət üzərində fəzilət zəfərinin nümunəsidir»…