Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsində Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun və Cavid Nəzərovun göndərdikləri vəsaitlə, soydaşlarımızdan ibarət vətənpərvər qrup adından AVMVİB Zərdab rayon şöbəsi Qurban bayramı münasibətiylə imkansız şəhid ailələri və qazilərə Qurban payı paylayıblar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov məlumat verib.

Rusiyanın Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın yaratdığı qrupun müharibə insanlarına göstərdiyi xeyriyyəçi və humanist münasibətlər haqqında məlumat vermişik. Bu dəfə Zərdab veteranları ilə görüşən qrupa və Cavid Nəzərova bu xeyirxah əməl üçün AVMVİB Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov öz minnətdarlığını bildirib və bayramlarını təbrik edib.
