Fədai.az və Veteran.az saytlarının normal fəaliyyəti üçün maddi yardım göstərmək istəyənlərə müraciətlə verdiyimiz kart hesabına 5 illik fəaliyyətimizdə ilk dəfə olaraq 50 manat vəsait köçürülüb.
Bu ilkə imza atan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərov oldu.
Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərov adı çəkilən qrupun dəstəyi ilə şəhid ailələrinə, qazilərə yardımlar göstərir və şəhid adlarının əbədiləşdirilməsi üçün tikilən abidə komplekslərinə dəstək olublar. O, həmçinin bir ictimai fəal kimi daim bu sosial təbəqə ilə təmasda olmağa can atır.
Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərova və Norilskidə yaşayan soydaşlarımıza saytımıza göstərdiyi maddi dəstəyə görə kollektiv adından öz minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, yalançı milyarderlər fonunda vətənpərvər insanlarımız var…
Elnur Səlim






