Beyləqan rayonu Qaradağlı kəndində şəhidlərin xatirəsinə həsr olunmuş Abidə kompleksini açılışı olub.
Açılış mərasiminda Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Asif Ağayev, İcra Hakimiyyəti əməkdaşları, İH Şəhid ailələri və əlillərlə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov veteranları, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər.
Daha sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Qaradağlı kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Abidəyə güllər qoyulub və şəhid ruhlarına dualar edilib.
Açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızın azad edilməsi uğrunda öz canlarından keçmiş şəhidlərimizin unudulmaması üçün onların adlarının əbədiləşdirilməsinin vacibliyini vurğuladılar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan






