Azərbaycan Vətən Müharibəsi Vətən Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü, müharibə veteranı, Səbail rayonu, Cənub dairəsi ev 6 ünvanda yaşayan Bayramov Çingiz Əbdüləli oğlu illərdir öz halal yerini zəbt edib bina tikmiş və milyonlar qazanmış bir sürü dələduzdan aidiyyatlı qurumlara şikayətlər yazır. Elə dəfələrlə bizə də yazıb. Media orqanı olaraq bir həftəlik araşdırmalarla aydın etdik ki, bu bir cinayət faktıdır və bu işin başında adı keçən «Ocaq Construction» MMC-nin rəhbərliyi tək deyil, onlara sahiblik edən Razim Məmmədov da var və bu gün də öz «krışalıq» missiyasını həyata keçirir. Təfərrüatlarını açıqlayacağıq, bəri başdan onu bildirək ki, müharibə veteranımız Çingiz Bayramova məxsus 800 kv.m torpaq sahəsi və 120 kv.metrlik sexin əvəzi ödənilmədən hər kəs bu «ÇeTe»nin fırıldaqlarından danışacaq. Yəni «Sizi deyirlər, Razim Məmmədov, xeyli vaxt idi ki, unudulmuşdunuz»…
Ölkədə problemi olan hər kəs veteranları köməyə çağırır. Amma veteranın bir problemi olanda kimsə yaxına gəlmir, nə də problem yaradanların naqisliklərini bildiyi halda susurlar. Bizim yaşlı üzvlərimizdən olan Çingiz Bayramov 7 ildir ki, bir mafiya ilə savaşdadır. Prezidentə yazdığı şikayətlər gəzib dolanır və «Ocaq Construction» MMC-nin üstünə göndərilir. Görün bu adamlar, döyüşçünü aldadaraq 920 kv.m ərazini zəbt ediblər və buna əvəz olaraq 60 kv.m zirzəmi verməyi boyun olublar, yekunda isə bunu da verməyə əlləri gəlməyib. Müharibə veteranını aldadanların bu torpaq üzərində nəinki yaşamaq, gəzmək haqları ola bilərmi? Amma bu işdə döyüşçü özünə qəsd etməyəcək, ayağınızı dəng alın…
Şikayətçi müharibə veteranı Çingiz Bayramov öz şikayət məktubunda yazır: «Artiq 7 idir ki, Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədov və onun yaxın qohumları olan, bibisi oğlu Xətal MKTB-nin sabiq rəisi Əvəz Ismayılov, onun şəriki «Ocaq Construction» MMC-nin rəhbərliyi Yaqubov Həsən Hüseyn oğlu tərəfindən pozulmuş hüquqlarımın bərpa olunması uğrunda mübarizə aparıram.
Belə ki, Xətai rayon Icra Hakimiyyətinin (əvvalki Şaumyan rayonu XDS) 27.09.1988-ci i tarixli 195 saylı sərəncamı əsasında şəxsi nəqliyyat vasitələri sürücülərinin hazırlığı ilə məşğul olmaq üçün «Avtomobilçi Cəmiyyətinə rayon arazisində müvəqqəti meydançanın yerləşdirilməsi barədə Xətai rayon MKT birliyi ilə üzbəüz ərazidə yerləşən keçmiş Papov, indiki Ramiz Quliyev küçəsində meydança ayrılmışdır. 2015-ci Iden «Avtomobilçi Camiyyətinin Mərkazi Şurasının 22 yanvar 2015-ci il tarixli qərarı ilə həmin yerlə bağlı bütün səlahiyyətlər mənə verilmişdir. Qeyd edilən torpaq sahəsində işlərin görülməsi, sexlərin quraşdırılması üçün Camiyyət tərəfindən hər hansı vəsait xərclənməmiş, həmin yerlə bağlı bütün xərclər mənim şəxsi vəsaitim hesabına qarşılanmışdır. Lakin 2018-ci ildən «Ocaq Construction» MMC Xətai rayon Icra hakimiyyətinin razılığı ilə həmin yeri zəbt edərək həmin ərazidə hündürmərtəbəli yaşayış binası tikmiş və məni qanuni yerimdən (120 kv.m sahəsi olan sex ve 8 sot torpaq sahəsi) məhrum etmişdir»…
Xatırladaq ki, bu ərazi Çingiz Bayramova müharibə veteranı kimi yox, daha öncələr verilib. Bu işdə əli olan sabiqlərin «bala paylamaqları» özlərinin olsun, xalqın əmlakını əlindən alıblar.
Şikayəti təsdiq edən sənədlər mövcuddur, Razim Məmmədov və onun şərikləri Həsən Yaqubov, Razim Məmmədovun bibisi oğlu Əvəz İsmayılov və hətta 50 min manat rüşvətlə həbs olunan Razim Məmmədovun doğmaca əmisi oğlu Xalid Məmmədov da, elə sənədləşdirmədə adı keçən Zaur da mövcuddurlar. Bəs müharibə veteranının şikayətlərinə niyə baxan tapılmır? Bax əsas məsələ də elə budur. Biz bunun cavabını bilirik. Növbəti yazılarda bərli-bəzəkli şəkildə bu cavabları sizlərə təqdim edəcəyik.
Xətai rayonunda atom bombası atılmış Naqasaki kimi hələ də Razim Məmmədovdan qalma bəd əməl və korrupsiya sərgüzəştlərinin dağıntılarını süpürüb təmizləmək mümkün deyil. Hər kəs bu şəxsin həbsini gözlədiyi bir məqamda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunması müəmmalı olaraq qalır. Amma bu fakt, R. Məmmədovun məlum kolonun üzvü olduğunu təsdiqləmək üçün yetərlidir. Yəni Razim Məmmədov Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədovu, 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində işləyən Ramiz Mehdiyev «meydanda tək buraxmadı». El dilində desək, Razimi Ramiz yanına çəkdi.
Amma bu qalmaqallardan qurtulsa da bəd əməllərindən qurtulmayan Razim Məmmədovun işbaz şərikləri konkret olaraq veteranımız Çingiz Bayramova bildiriblər ki, «biz kimik, pul verək. Pul hamısı Razim Məmmədovluqdur. Deyir ki, veteranın pulunu verməyin. Hara şikayət edir, qoy etsin»…
Biz tez-tez sual edirik ki, niyə ABŞ xalqı prezidentlərinə şikayət məktubu yazmır? Bu dəfə cavabını da yazmaq qərarına gəldik. Təkcə Razim Məmmədov kimi bir məmuru və onun bibisi oğlu Əvəz İsmayılov, əmisi oğlu Xalid Məmmədov, şəriki Həsən Yaqubovu, hələ o biri pul yığanları demirəm, aparın Amerikada vəzifəyə qoyun, inancınıza and olsun ki, Con gəlib Elgizin, Xoşqədəmin, Zaurun verilişlərinə çıxarlar.
Əlbirliyi ilə müharibə veteranının 8 sot sahəsi və 120 kv.m tikinti sahəsinə «Ocaq Construction» MMC iki dəfə — 21.11.2018-ci il və 06.04.2021-ci il tarixli müqavilələr bağlamış və həmin müqaviləyə əsasən 12 mərtəbəli mansardlı binadan 60 kv.m sahə (özü də zirzəmi) vermək öhdəliyi götürmüşlər. Lakin indi aydın olur ki, bu müqaviləni bağlamaqda məqsədləri müharibə veteranı Çingiz Bayramovun şikayətlərini neytrallaşdırmaq olub. Həbs təhlükəsiylə üzləşən R. Məmmədov belə bir oyun qurub. Bu gün 87 minlik müharibə veteranları ordusunu öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Vətən Veteranları İctimai Birliyi (AVMVİB) problemin həlli üçüb Razim Məmmədovun şəriki Həsən Yaqubovu Birliyə dəvət etsə də görüşdən imtina edib söhbətdən yayınır. Gələ bilmirsənsə, qanunun aliliyinə əsasən bu günlərdə biz gələcəyik.
Biz qazi intiharları, şikayətləri barədə dəfələrlə yazmışıq və bir daha yazırıq ki, bu bir «ÇeTe»nin daxildə sosial narazılıq yaratmağı hədəfləyən bir plandır. Bu plan bu gün erməni qisasını almaqla yanaşı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətə, «Dəmir yumruq» adıyla dünyada məşhurlaşan hərbi əməliyyata və strategiyaya kölgə salmaq istəyidir. Biz döyüşçülər Ali Baş Komandanın əsgərləri olaraq bu plandan xəbərdarıq və daim öndə olmağa hazırıq. Dövlət Başçısı məmurlara xalqa xidmət etməyi desə də, hələ də mühafizəkar kəsim xalqın əmlakına tamah salmaqla «xidmət» göstərdiyi ortadadır.
Qaldı, tövsiyyə olaraq, bildiririk ki, bizim nə həbs səksəkəsi keçirmiş Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi bibioğu Əvəz İsmayılova, nə yalnız adı olan «Ocaq Construction» MMC və onun səlahiyyətsiz rəhbərlərinə deyiləcək sözümüz yoxdur. Amma sözümüz MMC sevərliyini başçı olarkən keçirdiyi tenderlərdən yaxşı bildiyimiz (Məsələn, “Samir Ağdülü” MMC) Razim Məmmədovadır. Bizim veteranımızın zəbt olunmuş yerinin hər kvadratının haqqı verilməlidir. Bizə görə veterana qarşı gedən şəxsin milli mənşəyində bir kəsir var. Bu bizim ilk addımımızdır. Sonadək haqqın yanındayıq.
ABŞ prezidenti R. Nikson istefa verdikdən sonra demişdi ki, ağlı olan heç bir siyasətçi jurnalistlərlə qarşıdurmaya getməz. Bizim bu fikirlərə bir əlavəmiz də var: «Ağlı olan kimsə müharibə veteranları ilə qarşıdurmaya getməz. Bu məmləkət üzərində daha çox haqqı olan bu insanlar qarşısında haqsız duruma düşmək çox həqarətli olur»…
Mövzu davam edəcək…
Fedai.az Araşdırma Qrupu








