Vaqif öz dövrünün «5-ci kolonu» olub

Elnur Səlim

Fedai.az-ın redaktoru


Şuşada keçirilən «Vaqif poeziya günləri» başa çatsada, iştirak etmək istəyən Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin narazı çıxışları bitmək bilmir. Bu yaradıcı insanları anlamaq olar, amma Azərbaycana yüzlərlə dahilər bəxş etmiş Şuşada, bu Vaqif haray həşiri kimə lazım idi?


Bu gün arvadı döyən kişidən tutmuş rüşvət üstündə yaxalanmış oğruyadək hər kəs günahı «5-ci kolon»da axtarması dəbdədir. Əslində bu da 5-ci kolonun işinə yarayır. Bu ucuz iddialar arxasında gizlənərək sızdıqları Dövlətin strateji qollarında hərə öz miqyasında iş aparmaqdadır. Tarixi baxımdan yanaşsaq, elə Molla Pənah Vaqif bu kolonun əcdadlarındandır. Hərçənd bu sahədə fikirlər haçalanır, amma tarixi həqiqət ortaya qoyulmalıdır. Onun poetik fikirləri və yaxud da doğma dildəki yaradıcılığı bir sənət hadisəsidir. Bu fakt onun siyasi fəaliyyətini heç də duruya çıxarmaq gücündə ola bilməz.


Bu barədə hərtərəfli araşdırma Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin qələmindən çıxıb. Z. Əliyev «Qacar rus çarının göstərişi ilə öldürülüb» məqaləsində yazır: “Şanlı Ağaməhəmməd”. Türk-Qızılbaş xəndanı olan Qacarlar sülaləsinin hökmranı Ağa Məhəmməd şahı A.S.Puşkin “Ərzuruma səyahət” əsərində bu cürə adlandırır. Sovetlər dövründə Şah Qacarı qaniçən, türk düşməni, işğalçı adlandıran yazıçı və alimlər uzun illər türk tarixinə olan hücumların bir parçası olan tarixi şəxsiyyətləri gözdən salmaq planların arxasında ermənilər olduğunu bəlkə də bilməyiblər».

Həqiqətən də, istər Rusiya işğalı sonrası müəlliflər Nəvvabdan Səməd Vurğunadək Qacarın mənfi obrazını yaratmağa çalışıblar. Qacarın qiyamçı xanları mərkəzləşmiş dövlətdə birləşdirmək üçün başladığı yürüş erməni-rus cəsuslarının əliylə yarımçıq qoyuldu və bu işdə əli olanlardan biri də Molla Pənah Vaqif idi.
Müəllif yazır: «Dəfələrlə Molla Pənah Vaqif məclislərdə Osmanlı sarayından daha çox Rusiyadan dəstək alınaraq İrana qarşı müdafiə olunmağı təklif etmişdir. O, Osmanlı sarayı ilə yazışmaları, digər vəzir Mirzə Əliməmməd xanın İstanbuldan yox cavabı ilə gəlməsini əsas tutaraq Rusiyanın himayəsinə keçməyi ən çox müdafiə edən şəxs idi».


Yaxud Z. Əliyev yazır: «Sadıq xanı və Molla Pənah Vaqiflə yazışan Kotlayerski rus himayəsi altında Qarabağın inkişaf edəcəyini və sonradan da İranda Sadıq xanın hökmran olması vədləri yazırdı. Sadıq xanın ona olan məktublarının birində yazılır: “ General Kotlyarevski biz Sizin humanit biri olduğunuza əminik və inanırıq ki, həşəmətli Çar bizi əsla unutmayacaq və verilən vədlərə əməl olunacaq” (Акты, собранные Кавказскою Археологическою Комиссиею. Том 7. Издан под редакциею Ад.Берже.Тифлис, 1878 г., 995 с., с. 481.)»


Zaur Əliyev «Molla Pənah Vaqif Rus agenti idimi?» məqaləsində daha bir məqama toxunur: «Vaqif sonradan Batmanqılınc tərəfindən dağdan atılaraq öldürülür. Sovet dövründə ən çox təbliğ edilən Vaqif barədə çoxlu əfsanələr yaradılmışdır. Bu isə Vaqifə rusların bir növ “minnətdarlığı” idi. Hətta mərhum Səməd Vurğun subliminal olaraq öz “Vaqif” poemasında bunu belə təsvir edir:

İbrahim xan onun əlindəki əsanı görür və soruşur ki, “o əsa nədir?” Vaqif isə deyir ki, “Rusiya padşahı o Yekaterinadan bir hədiyyədir”. İbrahim xan M.P.Vaqifdən soruşur: “Aha… De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafırləra?»


Tarixə vikipedik ekskurs edək. İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahimxəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə Q.A. Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahimxəlil xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir.

Rusiya hökmdarı həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onunla bağlı maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat etdi. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd şah bundan istifadə edərək, ona qarşı çıxmış xanları cəzalandırmaq istədi. Həmin il o, yeni yürüşə çıxdı və bu yürüşünü Şuşadan başladı. Ağaməhəmməd şah böyük bir təmtəraqla Şuşa qalasına daxil olub, qalanın aşağı qapısının yaxınlığında olan İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın evində yerləşdi…


Artıq müstəqilliyimizi əldə etsək də, hələ də kommunistlərə, bolşeviklərə, çarizmə nökərçilik edənlərə layiq olduqlarından da üstün qiymət verməkdəyik. Bu xainlərə olan sevgimizi kömməsək gələcəyimiz yoxdur.

Bu xəbəri paylaşın: