Avropa Komissiyasının (AK) prezidenti xanım Ursula Fon der Lyayen mətbuat konfransında etdiyi çıxışda Rusiyanın Avropanı şantaj etdiyini deyib.
O, Azərbaycan və digər ölkələrlə bağlanmış müqavilələrə istinad edərək bərpa olunan enerjinin Avropanın ehtiyac duyduğu enerji olduğunu bildirib:
“Rusiya bizi şantaj edir. Rusiya enerjidən silah kimi istifadə edir. Bu səbəbdən Avropanın Rusiya qazının qismən və ya tamamilə dayandırılması kimi ssenarilərə hazır olması lazımdır. Biz sıfırdan başlamırıq və bu yaxşı haldır. Biz artıq Rusiyanın qalıq yanacaqlarından asılılığımızı azaltmaq üçün çox işlər görmüşük.
Biz bərpa olunan enerji üzərində çox çalışdıq. Bu, gələcəyin enerjisidir, bizə lazım olan enerjidir. Təmiz enerji olmaqla yanaşı, bizim müstəqil olmağımızı təmin edir. Üzv dövlətlər artıq çox şey edirlər. Amma biz daha çox şeyə hazırlaşmalıyıq”.
