ŞƏRƏFLİ ZABİT ÖMRÜ: XALİD ŞALBUZOV -61

     Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  ehtiyatda olan mayor Xalid Şalbuzovu dogum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır. Qoy  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni gün  isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

      İstefada olan mayor Şalbuzov Xalid Seyfəddin oğlu 23 iyul 1961ci ildə Qusar rayonunun Yuxarı Tahircal kəndində anadan olub. O,1979 cu ildə orta məktəbi bitirib.

     X. Şalbuzov 1980 -1982 ci illərdə  SSRİ Müdafiə Nazirliyinin Polşada yerləşən hərbi hisəsində müddətli həqqi hərbi xidmətdə olub.

O, 1984 -cu ildə SSRİ Müdafiə Nazirliyinin  Volqaqrad şəhərində yerləşən gizirlər məktəbini bitirib.

     O, 1985 -1991 -ci illərdə SSRİ Müdafiə Nazirliyinin Dəmiryol Qoşunlarının Bakı şəhərinin Nərimanov rayonunda (Montin qəsəbəsində) yerləşən hərbi hissənin Silah xidmətində müxtəlif vəzifələrdə olub.

X.Şalbuzov 1992 -2017 -ci illərdə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Əlahiddə konvoy (müşayiət) hərbi hisəsində, Daxili Qoşunların Bas İdarəsinin Nərimanov, Füzuli, Xətai, Hacıqabul rayonlarında və Lənkəran şəhərində yerləşən hərbi hissələrdə silah xidməti uzrə müxtəlif vəzifələrdə xidmət edib. O, 2017 ci ildə  hərbı hissənin silah xidməti rəisi  vəzifəsindən Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

     O, Peşəkarlığı, humanistliyi və səmərəliliyi ilə secilən ən məhsuldar dövrünün 33 (otuz üc ) ildən cox şərəfli xidməti yolunu SSRİ  Hərbi Dəmir Yol Qoşunlarında və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə kecirib

     O, Daxili Qoşunlarda xidmət etdiyi hərbi hissəyə və Silah Xidmətinə aid həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə , ictimai əsayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə  xidmət etdiyi hərbi hissənin döyüş bölgələrində olduğu müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

     Ehtiyatda olan mayor Xalid Şalbuzov Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Bas İdarəsinin  hərbi hissələrində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.

      Silahlı Qüvvələr Veteranı X. Şalbuzov Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir, O, Daxili Qoşunlarin hərbi hisələrində xidmət etdərkən səmərəli fəaliyyəti ilə ,təşkilatçılıq bacarığı ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə Daxili Qosunlar komandanlığının və xidmət etdiyi hərbi hissə komandirinin daimi diqqət mərkəzində olmuşdur.

    Şalbuzov Xalid Seyfəddin oğlu  Sovet Ordusunda və  DİN-in Daxili  Qosunlarında xidmət edərkən Xidmətdə fərqləndiyinə görə SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dəmir Yol Qoşunlar Komandanlığının, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və xidmət etdiyi hərbi hissənin komandirlərinin müvafiq əmrləri ilə bir sıra medalları ilə, döş nisanları ilə,  fəxri fərmanları ilə, pul mükafatları ilə və qiymətli hədiyyələrlə mukaflandırılıb.

Bütün gözəl nə varsa  sənin olsun Xalid bəy!

100 yaşa, sağlam yaşa.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: