AVMVİB rəhbərliyi , Fədai kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədr müavini polkovnik Salman Musayev tibb xidməti mayoru Rövşən Beybudovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır: Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni gün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Ehtiyyatda olan tibb xidməti mayoru Beybudov Rövşən Aslan oğlu 23 ıyul 1970- ci ildə Masallı rayonunun Təklə kəndində anadan olub.
1985 — 1988 — ci illərdə Bakı şəhərində kimya — biologiya litseyində oxuyub .1995 — ci ildə Azərbaycan Dövlət TİBB Üniversitetini bitrib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirməsi İnstitutunda «Sosial gigiyena və Səhiyyənin təşkili kursunda olmuş və Daxili İşlər Nazirliyinin Tibb İdarəsində keçirilən professor və müəllim heyətinin atestasiyasında 1 (birinci) dərəcəli səhiyyə təşkilatçısı adını almışdır.
Rövşən Behbudov 2021- ci ildə Türkiyə Respublikası «Ademer Egitim Kurslarına” qatılaraq «Fitoterapiya, Akupunktura» çin qida vasitələri , tibet təbabəti sahəsi üzrə » Beynəlxalq Sertifikatına» layiq görülmüşdür.
1995 — 2015 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Nərmanov, Füzuli, Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrdə tibb məntəqəsinin rəisi, Alayın və birqadanın isə Tibb Xidmət rəisi vəzifəsində xidmət edib.
2015 — ci ildən Xarici Şirkətinin Transmilli Holdinqinin «Sağlamlıq sektorunda » menecment hazırlamaq və Almaniyanın Nano texnologiyası əsasında Tibet reseptləri ilə hazırlanmış saglamlaşdırıcı təbii məhsullar və tibbi avadanlıqların əhalinin sağlamlığı və maarifləndirilməsi sahəsində lektor, təlimçi kimi fəaliyyətinə start verib. Bununla yanaşı, Şərq-Tibet təbabəti, Akupunktura, fitoterapiya qidalarla müalicə sahəsində fəaliyyətini artıraraq təbii yolla müalicə ilə də məşğuldur.
O, peşəkarlığı, humanistliyi və səmərəliliyi ilə secilən ən məhsuldar dövrünün 33 illik şərəfli xidmət yolunun 7 (yeddi) ilini tibb universitetində , 20 (iyrimi) ildən çoxunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə kecirib, 7 (yeddi) ilini isə Xarici Şirkətin Transmilli Holdinqinin «Sağlamlıq sektorunda» keçirib.
Tibb xidməti mayoru R.Beybudov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi, Xətai, Nərimanov və Füzuli rayonunlarında yerləşən hərbi
hissələrində xidmət edərkən, səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, təşkılatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə ilə Daxili Qoşunların Komandanlığının və xidmət etdiyi hərbi hissə komandirlərinin daimi diqqət mərkəzində olmuşdur
Tibb xidməti mayoru R.Beybudov Daxili İşlər Naziri Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna, həkim andına əməl etməkdə, şəxsən bir çox hərbi qulluqçulara nümunə olmuşdur.
O, Daxili Qoşunlara, xidmət etdiyi hərbi hissəyə və tibb xidmətinə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə xidmət etdiyi hərbi hissənin Füzuli rayon döyüş bölgəsində olduğu müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Ehtiyatda olan tibb xidməti mayoru Rövşən Beybudov Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində xidmət etdiyi illərdə, xidmətdə fərqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və xidmət etdiyi hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sira medalarla ( «Qüsursuz xidmətə görə», «Silahlı Qüvvələrin 10 illiyi və 90 illiyi» medalları ilə), Daxili Qoşuların «15 illik yubiley döş nişanı» ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələr ilə mukaflandırlıb.
Bundan əlavə o, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi medallarla təltif olunub.
52 YAŞIN MÜBARƏK OLSUN, RÖVŞƏN HƏKIM.
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev














