ŞƏRƏFLİ ZABİT ÖMRÜ: MAYOR ELÇİN SÜLEYMANOV — 50

        Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında öz dəst -xətt  olan, peşəkarlığ və hümanistliyi, sadəliyi və səmimiyyəti ,işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi ilə  seçilən ömrünün ən məhsuldar  dövrünün 20 ildən  çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən  Müharibə Veteranı ehtiyatda olan mayor  Süleymanov Elcin Zakir oğlunun  iyul ayının 24 də onun  50 yaşı tamam olur.

      Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor  Süleymanov Elçin  Zakir oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini  polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     Mayor Süleymanov Elçin Zakir oğlu 1972 -ci ilin  iyul ayının 24 -də anadan olub.

1986 -ci ildə   Bakı şəhərində  7 -ci sinifi,  1989 — cu ildə  Çəmşid Naxçıvanski adına hərbi liseyi,  1993 — cü ildə  Bakı  Ali Ümümqoşun  Komandirlər Məktəbini,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Müdafiə Nazirliyinin Qaraheybətdə , Daxili ilşər Nazirliyi Daxili Qoşunların isə  Xəzər rayonunda yerləşən Zabitlərin təhkimləşdirmə  (ixtisasartırma) kursunu  bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda,  xüsusi- taktiki təlimlərdə , Komando-  Qərargah məşqilərində , müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

     1993 — cü ildə  Azərbaycan Ordusunun  Sumqayıt qarnizonunda yerləşən hərbi hissəsində motoatıcı taqım komandiri vəzifəsində olub.

     1994- 2010 — ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Qoşunların Binəqədi,  Xəzər,  Nərimanov  və Quba rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri,  Tabor qərargahnın  rəsi,  Alayın kəşfiyyat rəisi , Daxili Qoşunların Bas İdarəsinin  Döyüş hazırlığı şöbəsində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib .

     Mayor Elçin  Suleymanov hal -hazırda  Azərbaycan Respublikasının «Azərsu » Qapalı Səhmdar Cəmiyyətinin  Nəqliyyat və Xüsusi Texnika  İdarəsində 2 — saylı sahənin rəisi vəzifəsində işləyir.

     Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.

     O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

     Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

    Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

-» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

«Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

«Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

50 YAŞIN MÜBARƏK OLSUN, ELCİN BƏY!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: