ŞƏRƏFLİ ZABİT ÖMRÜ: MAYOR AZƏR ŞABANOV — 48

 İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də, peşəkarlığı  və hümanistliyi,  sədəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən ömrünün  ən məhsuldar dövrünün  26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə  keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan mayor Şabanov Azər Bəhlul oğludur. İyul ayının  24 — də onun 48 yaşı tamam olur.

     Daimi həyatın imtahanlarından alnıacçq və üzüağ çıxan  Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda mayor Şabanov Azər Bəhlul oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər  bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

       Mayor Şabanov Azər Bəhlul oğlu  1974 — cü ilin iyul ayının  24 də  Azərbaycan Respublikasının  Salyan rayonun  Kürqaraqaşlı kəndində anadan olub.

       1991 — ci ildə Salyan rayon Təhsil şöbəsi üzrə  Kürqaraqaşlı kənd tam  orta məktəbi, 1995 — ci ildə Bakı Ali Hərbi  Birləşmiş  Komandirlər məktəbində zabitlərin hazırlığı kursunu,  2002 — ci ildə isə Azərbaycan Politexnik Ünverstetini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

      1992 — 1995 — ci illərdə Azərbaycan Ordusunun  Murovdağda yerləşən hərbi hissələrdə müddətli  həqiqi hərbi xidmətə olub. 1996 — 1999 -cü ilərdə isə Azərbaycan Ordusunun  Murovdağda yerləşən hərbi hissələrində  taqım komandiri,  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri vəzifəsində olub.

    2014- 2021 — ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Bas İdarəsinin  Xətai,  Lənkəran, Bərdə,  Hacıqabul və  Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin  texniki hissə üzrə müavini,  böluk komandiri,  Tabor komandirinin texniki hissə üzrə müavini,  Avtomobil və zirehli texnika xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa  sədaqətlə xidmət  edib.

     Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra  Azərbaycan Respublikası  » Azərsu » Açıq  Səhmdar Cəmiyyətinin   2 saylı  Nəqliyyat və  xüsusi texnika idarəsində  mexanik vəzifəsində çalışır.

     Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən vaxtında gəlmişdir. Müharibə Veteranıdır.

      O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

      Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

-»  Silahlı Qüvvələrin Veteranı » medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— » Silahlı Qüvvələrin yaranmasının»  95 illiyi  ( 1918 — 2013 ) yubiley medalı ilə;

-» Silahlı Qüvvələrin yaranmasının» 100 illiyi  ( 1918 — 2018) medalı ilə;

-» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

«Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

— «Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

48 YAŞIN MÜBARƏK OLSUN, AZƏR BƏY!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: