Qazilərə qarşı səmimi olun!

Sosial şəbəkədə qazi Elməddin Rüstəmovun restoranlarda ofisiant işləməsi ilə bağlı «nə oldu yol çəkirdin, video çəkirdin nə bilim qan edirdin, indi gəlib burda ofisiant işləyirsən» atmacası ilə videosu yayılıb.

Dəfələrlə demişik və bir daha təkrar edirik ki, xalqımız qazilərə münasibətdə heç zaman səmimi olmayıb.

Oisiant işləmək, öz çörəyini qazanmaq ayıb deyil. Əlbəttə ki, bu xalqın içərisindən çıxan məmur da qaziyə daim düşmən kimi baxıb. İllərdir ki, bu neqativ münasibətlə mübarizə aparırıq.

Qanında əsil qan axan hər kəs qazilərimizin cəmiyyətə adaptasiyasına yardımçı olmalıdır…

Fədai.az

Bu xəbəri paylaşın: