Döyüşməkdən imtina edən rus əsgərləri Luqansk vilayətində əsir saxlanılır — KİV

Araşdırmaçı jurnalistlər bildirirlər ki, Ukrayna ilə müharibədə iştirakını davam etdirməkdən imtina edən rus muzdlular Rusiya işğalı altında olan Luqansk vilayətində “həbsdə” saxlanılır və cəbhəyə qayıtmağa məcbur edilir.

The Insider əsgərlərdən birinin atasına istinadən bu məlumatı verib.

Jurnalistlərin sözlərinə görə, üç aylıq xidmətdən sonra Rusiya müqaviləli əsgərlərinə məzuniyyət və müharibədə iştirak etməkdən imtina etmək imkanı vəd edilib, lakin Ukraynanı tərk etmək qərarına gəldikdə, imtinalar yazanlar, saxlanılaraq Luqansk vilayətinin Bryanka şəhərinə aparılıblar.

Artıq bir aydan çoxdur ki, orada saxlanılırlar.

Muzdlular dəhşətli şəraitdə saxlanılır, şahidlər “bəzi kameralardan”, “işgəncələrdən” danışırlar.

Rusiya hərbi rəhbərliyi, atanın sözlərinə görə, müqaviləli əsgərlərin «Luqansk hərbçiləri» tərəfindən saxlanıldığını bildirərək, «etirazçıların saxlanması ilə heç bir əlaqələri olmadığını» deyiblər.

Hazırda Bryankada saxlanılan əsgərin qohumlarından biri The Insider-ə bildirib ki, çoxlu sayda «döyüşdən imtina edənlər» var.

Mənbə: Ukrainskaya pravda

Bu xəbəri paylaşın: