Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdam rayon şöbəsi müharibə veteranı Elçin Köçəri oğlu Hüseynovu təltif edib.
Bu barədə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdam rayon şöbəsinin sədri Mərdan Paşayev məlumat verib.
Mərdan Paşayev müharibə veteranını təbrik edərək bildirib ki, Elçin Hüseynov Qarabağ hadisələri başlayan ilk gündən Vətənin müdafiəsinə qalxmış və sonralar isə özünümüdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etmişdir. Onun hər iki qardaşı da Vətən uğrunda döyüşlərdə iştirak edib. Hal hazırda Elçin Hüseynov şöbənin fəal üzvlərindəndir. O, həm də Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Ağdam rayon şöbəsi sədrinin müavinidir.
Mərasimdə AVMVİB Ağdam rayon şöbəsi sədrinin müavini Şirvan Həsənov iştirak edib.
Elnur Səlim
