“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki “Çinar” Azərbaycan Mədəni Maarif Mərkəzinin həm təsisiçisi və sədr müavini Ülviyyə Abbasova və birliyin üzvləri olan Füzuli Cavadzadə, Cavid Abbasovla görüş təçkil edilmişdir.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov məlumat verib.
Tədbiri giriş sözü ilə acan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə əvvələcə gələn qonaqları salamlayaraq bildirdi ki, bir cox xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın qüdrətlənməsi ücün əllərindən gələni etməyə calışır və əsasən də Azərbaycanının qüdrətli ordusunun erməni qəsbkarları üzərində əldə etdiyi zəfərimizdən sonra daha da fəallaşıblar. Belə təşkilatlardam da biri Rusiya Federasiyasının Sankt-Peterburqdakı “Çinar” Azərbaycan Mədəni-Maarif Mərkəzidir. Bu təşkilatın əsas məqsədə Rusiyada xalqımızn milli-mənəvi mədəniiiyətimizi təbliğ etmək olmasına baxmayaraq, Azərbaycanla bağlı təşkil olunan tale-yüklu tədbirlərin iştirak edir, yaşadıqları ölkədə daima Azərbaycanın nüfuzunun qaldırılması ücün calışırlar.
Daha sonra cıxış edən Rusiya Federasiyasının Sankt-Peterburqdakı “Çinar” Azərbaycan Mədəni-Maarif Mərkəzinin həmtəsisçisi və sədr müavini Ülviyyə Abbasova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycanın mədəniyytinin təbliğ olunması baxımından gördükləri işlərdən danışdı.
Daha sonra “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovu, Azərbaycançılıq ideyalarının təbliği və vətənəpərvərlik cıxışlarına görə, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin Fəxri fərmanı ilə təltif etdi.


