Ad günü və gödstərdiyi ictimai fəallığa görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev Fəxri fərmanla təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev təltif münasibətiylə Etibar Vəliyevi təbrik edərək, Tovuz veteranlarının onun rəhbərliyi ilə daim fəal olduqlarını qeyd etdi. Bildirdi ki, inanıram ki, bundan sonra da şöbənin fəaliyyəti qənaətbəxş olacaq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev bu diqqət və qayğıya görə AVMVİB Rəhbərliyinə minnətdarlığını bildirdi.
Mərasimdə AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov və Salman Musayev iştirak edib.
Təbrik edirik!
Elnur Səlim



