AVMVİB Xankəndi şəhər şöbəsi: Şəhidlər unudulmamalıdır!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin rəhbərliyi Bərdə və Ağcabədi rayonlarında dəfn edilmiş Kərkicahan qəsəbəsindən olan şəhidlər — Fərhad Rəhman oğlu Atakişiyev və Elxan Kamran oğlu Abbasovun məzarlarını ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.

Ramiz Ağayev bildirdi ki, şəhidlər Fərhad Rəhman oğlu Atakişiyev və Elxan Kamran oğlu Abbasovun məzarları ziyarət olunub, məzarlar üzərinə gül qoyulub və ruhlarına dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: