AVMVİB rəhbərliyi, Fədai. az kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev tibbi xidməti polkovnik-leytenantı Mubariz Yusifovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Mübar həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni gün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə veteranı polkovnik-leytenant Yusifov Mübariz Nəsrəddin oğlu 27 iyul 1965- ci ildə Bakı şəhərində anadan olub.
O, 1982- ci ildə orta məktəbi fərqlənmə ilə bitirib. 1989- cu ildə Azərbaycan Tibb Universitetini bitirən polkovnik leytenant M. Yusifov təyinatla Cəlilabad rayonunun 3 saylı kliniki xəstəxanasında terapevt, sonra rayonun Cəmilabad kənd ambulatorunda baş həkim,1993 — cü ilin yanvar ayinın 01-dən «XXII qurultay» adına Neft-Yağ İstehsalat Birliyinin sanatoryasında baş həkim vəzifələrində çalışıb.
Mübariz Yusifov 1993- cü ilin fevral ayından 1993 -cü ilin sentyabr ayina kimi Bakı şəhəri Xətai rayon hərbi komissarlığında öz ixtisası üzrə işləmiş, 1993-cü ilin sentyabr ayından 2013 -cü ilin dekabr ayının sonuna kimi Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Bas İdarəsinin Bərdə, Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və hərbi hospitalda, hərbi hissənin tibb xidməti rəisi, hərbi hospitalın qəbul şöbəsinin rəisi, hərbi hospitalının terapiya şöbəsinin rəisi vəzifələrində xidmət edib.
O, ön mövqeyə ezam olunarkən, Ağdam, Füzuli bölgələrində yaralılara ilkin tibbi yardım göstərib. Bölgələrdə fəaliyyət göstərən lazaretdə vəzifə borcunu Vətənmizə, Xalqımıza dərin məhəbbət hissi ilə qaytarıb.

Öz peşəkarlığı və vətənpərvərliyi ilə döyüşçülərin yaddaşında kiristalaşan fədakarlarımızdandır. Polkovnik-leytenant Mübariz Nəsrəddin oğlu Yusifovu indi onu Daxili Qoşunlarda xidmət etmiş ehtiyatda olan hərbi vəzifəlilərin və hal — hazırda xidmət edən hərbi qulluqçuların coxları tanıyır. Özu də elə- belə yox, ən ülvi keyfiyyətlərə, özünəməxsus iradəyə, düşmən qüvvələrə qarşı sarsılmaz mübarizə əzminə qadir bir insan kimi.
Polkovnik leytenant M.Yusifov peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 30 ildən cox şərəfli xidməti yolunun 7 (yeddi) ilini tələbə kimi Azərbaycan Tibb Universitetində, 3 (üc) ilini həkim kimi mülki xəstəxanalarda , 20 (iyrimi ) ildən coxunu isə Daxili Qoşunların Baş idarəsinin Bərdə, Qaradag, Nərimanov rayonlarında yerləşən hərbi hissədə və hərbi hospitalda kecirib.
Müharibə veteranı ehtiyatda olan polkovnik leytenant Mübariz Yusifov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hospitalında və Bərdə rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnaələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox hərbi qulluqçular ücün nümunə olmuşdur.
O, 1993- 1994-cü illərdə Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
M. Yusifov Dövlətə, Xalqa, sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunlarin Baş İdarəsinin Bərdə, Qaradag, Nərimanov rayonlarında və Daxili Qoşunların döyüş bölgələrində yerləşən hərbi hissədə və hərbi hospitalda xidmət edərkən, ezamiyyətdə olarkən, öz səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə daimi Daxili Qoşunların Komandanlığının diqqət mərkəzində olmuşdur.
Mübariz Yusifov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində və hərbi hospitalnda xidmət edərkən, Xidmətdə fərqləndiyinə görə bir çox ( “QÜSURSUZ XIDMƏTLƏRƏ GÖRƏ” 1-ci, 2-ci, 3-cü dərəcəli, “Silahlı Qüvvələrin yaranmasının” isə 10 illiyi, 90 illiyi və 95 illiyi ) medallarla, döş nişanları ilə fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mukafatlandırlıb və ona təşəkkür elan edilib.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN, MÜBARİZ HƏKİM.!
100 YAŞA, SAGLAM YAŞA.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev







