Ermənistan mətbuatı yazır ki, CENSOR. NET agentliyinin məlumatına görə İran artıq Rusiyanı pilotsuz «Şahed-129» zərbə və kəşfiyyat təyyarələri ilə təmin edib.
İran pilotsuz təyyarələrinin bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Gələcəkdə də hərbi yüklərin Həştərxan və Volqoqrad ərazisi ilə Ukrayna sərhədlərinə qədər çatdırılması planlaşdırılir. Hərbi yöklərin əsas hissəsini «Şahed-129» ağır zərbə dronlarının təşkil etdiyi məlumdur. Bildirilir ki, bu dronun hazırlanması zamanı İsrailin «Hermes-450» piloysuz aparatı və ABŞ-ın «MQ-1» Predatoru əsas götürülüb. «Şahed-129»-un gövdəsinin uzunluğu 8-metr, qanadlarının açıqlığı 16-metr, hərbi yükü 400-kq, uçuş sürəti 200 km-ə qədər olan radiusla 150 km/saatdır.
Tərtibatçıların iddiasına görə, dronun uçuş məsafəsi 1700 km, havada qalma müddəti isə 24 saatdır.
İSMAYİL TANRIVERDİ
BDU-nun erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru
