Bu gün təsadüfən şəhərdə Qış Parkı yaxınlığında bir əsgərlə rastlaşdım.
Əsgər mənə yaxınlaşıb bildirdi ki, o ‘Papanin’də yerləşən Hərbi Hospitaldan müalicədən çıxıb evinə Masallı rayonuna getmək üçün maddi kömək istəyir.
Əvvəlcə onun səliqəsiz geyiminə, sonra ayağında adi ayaqqabı olduğuna baxdım. Sinəsində medalları gördüm soruşdum ki, sən bu medalları harda almısan!? Bildirdi ki, 44 günlük Vətən Müharibəsində iştirak etmişəm. Səhf eləmirəmsə belə dedi: Fizuli, Cəbrayıl, Hadrud, Şuşanın azadlığı və Cəsur döyüşçü. Ona medalların vəsiqələrinə baxa bilərəmmi deyə soruşdum. Əlindəki ruqzaq sumkasını yerə qoydu, içini açdı, eşələməyə başladı, sumkada əl dəsmalı, bir-iki pal-paltar varidi. Qırmızı rəngdə 5 vəsiqə çıxartdı mənə uzatdı.Vəsiqələri alıb baxmağa başladım. Abdullazadə Azad Nurquza oğlu Hadrudun azadlığı, ikinci vəsiqədə Şuşanin azadlığı sözlərini oxudum, üçüncü vəsiqəsində Cəsur döyüşçü yazılmışdı. Sonra onun iki vəsiqəsinə baxmağa vaxt itirmədim, çox yorğun, halsız görünürdü.
Kimə yaxınlaşıram məni dilənçi kimi görürlər üst başımdan, bir nəfər sağolsun dönər aldı, su aldı, mənə dedi. Sənə nə köməklik edim deyə soruşdum, maddi köməklik lazimdir ki, mən gedim Masalli rayonuna evimə.
Ona lazımi qədər maddi köməklik görsətdim ki, gedib rahat öz evinə çatsın. Təşəkkür elədi, son sözləri də belə oldu: Canımdan bezmişəm, heç yaşamaq istəmirəm. Biz səninlə fəxr edirik, özünü toparla, lazımi orqanlara müraciət elə, sənin sosial yaşayışını yaxşılaşdıracaqlar inşallah, dedim.
Sağollaşıb ayrıldıq.
Əziz dostlar diqqətli olaq, bilməyərəkdən hər hansı bir qazimizin xətrinə dəyə bilərik.
Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.
Ehram Məcidov
Mənbə: Ordu.az
