Dövlət Sosial Müdafiə Fondundan daha bir qanunsuzluq

«Əlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır».

Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.


O bildirib ki, bu halda əlilliyin dayandığı müddətin pensiyası vətəndaşa ödənilmir:

«Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur».

Xatırladaq ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

Başqa sözlə, 6 aydan çox müddət ötərsə, bu, ötürülmüş müddət sayılmayacaq və müddət üçün pensiya ödənilməyəcək.

Xatırladaq ki, bu gecikmələrin 99%-i nazirliyin sayəsində baş verib və belə çıxır ki, bu «cavan komanda» yeni hökuməti aldatmaq üçün yeni qənaət yeri tapıblar. Əlilliyi 2 il ləngit və yekunda 6 ayını ver. Bu nə məntiqsizlikdir?

Bu xəbəri paylaşın: