ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK-LEYTENANT ŞİRİNOV ƏLİ — 55

    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və AVMVİB sədrinin müavini polkovnik Salman Musayev  Müharibə və Silahlı Qüvvələr Veteranı, ehtiyatda olan polkovnik-leytenant Əli  Şirinovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan  möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Əli Şirinovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Silahlı Qüvvələr və Müharibə  Veteranı ehtiyatda olan polkovnik-leytenant  Şirinov Əli Əmir Oğlu  1967 –ci ilin iyul ayının 28-də Naxçıvan  şəhərində anadan olub.

O, 1984-cü ildə Naxçıvan şəhər 5 nömrəli tam  orta məktəbi bitirib.

    Ə.Şirinov 1991ci ildə Naxçıvan Dövlət Universitetini, 1999 -cu ildə Müdafiə Nazirliyinin Ali hərbi dənizçilik məktəbini («hüquqşünas «ixtisası üzrə), 2010- cu ildə Türkiyə Jandarma Qüvvələrinin İstanbul şəhərində yerləşən hərbi hissəsində (» döyuş hazırlığı» üzrə ) zabtilərin təkmilləşdirmə kursunu bitrib. Xarici ölkələrin Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Bnəqədi rayonunda yerləşən hərbi hissəsində keçirdiyi təlimlərdə, seminarlarda (kurslarda) və konfraslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür.

    Ehtiyatda olan polkovnik leytenant Əli Şirinov 1986 -1988- ci illərdə SSRİ Müdafiə Nazirliyinin Moskva və Sankt-Peterburq şəhərində yerləşən hərbi hissəsində müdddətli həqqi hərbi xidmətdə olub. O,1992 — cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin  Binəqədi rayonunda yerləşən hərbi hissəsində  taq ım komandiri, Nizami Hissə rəisinin köməkçisi və Nizamı hissə rəisi olub.

    1993-2000-ci ilərdə Prezident Yanında Xüsusi İdarədə Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Zaqatala, Hacıqabul, Binəqədi rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələri üzrə  xüsusi  bölmənin rəisi olub . 2000-2016 ci ilərdə  Daxili Qoşunların Baş idarəsinin Kəşfiyyat xidmət rəsinin müavini və Kəşfiyyat xidmətinin rəisi ,DQBİ- nin döyüş hazırlığı şöbəsində isə Təlim — Tədris mərkəzlərin rəisi vəzifələrində xidmət  edib

    O, peşəkarlığı, humanistliyi və səmərəliliyi ilə secilən ən məhsuldar dövrünün 26 (iyrimi altı) ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.

Əli Şirinov Daxili Qoşunlarda və  Prezident Yanında Hərbi Xüsusi İdarədə xidmət etdiyi ilərdə ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə xidmət etdiyi hərbi hissənin döyüş bölgələrində olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

    Ehtiyatda olan polkovnik leytenant Əli Şirinov Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş İdarəsində  xidmət edərkən, bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən, öz səmərəli fəaliyyəti ilə, təşkılatcılıq bacarığı ilə, işgüzarlıgı və mənəvi keyfiyyəti ilə,nəzəri və praktiki biliyi ilə daimi Daxili   Qoşunların Komandanlıgının diqqət mərkəzində olmuşdur.

   Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik-leytenant Əli Şirinov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə,verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə  bir cox hərbi qulluqçular ücün nümunə olmuşdur.

    O, 1992- 1994-cü illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib  və yaralanıb.

   Ə. Şirinovun  səmərəli və məqsədyönlü fəaliyyəti  həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qosunlar Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Daxili İşlər Nazirinin,  Daxili Qosunlar Komandanın və  xidmət etdiyi hərbi hissə komandirinin  mivafiq əmrləri ilə bir sıra medallarla («Qüsursuz xidmətlərə görə » 1- ci, 2-ci və 3 -cü dərəcəli medalarla,  «Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı » medalı ilə, «Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasinin 10 və 95 iliyi «medalarla ), döş nisanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə və qiymətli hediyəleərlə mukaflandirlib.

     Ehtiyatda olan polkovnik- leytenant Əli Şirinov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin Nərmanov rayon şöbəsinin üzvüdür. O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin təsis etdiyi  xatirə medaları ilə («Müharibə Vetiranı «medalı ilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin 25 illk yubiley medalı ilə, Silahlı Qüvvələrin 100 illiyi «medalı ilə, «Böyük Zəfər medalı» ilə) və döş nişanları ilə təltif edilib.

BÜTÜN GÖZƏL NƏ VARSA, SƏNİN OLSUN Əli BƏY!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: