Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənovun müharibə iştirakçılarına diqqət və qayğısı barədə müharibə veteranları daim razılıq edirlər. Sosial şəbəkədə (facebook) Sevil Rüstəmbəylinin paylaşımı da dediklərimizi sübut edir. Həmin paylaşımı diqqətinizə çatdırırıq.
Əziz oxucular, dəyərli ağdamlılar, istərdim ki, sizlərə rayonumuzda baş verənlərlə bağlı şəxsi münasibətimi yazılı formada təqdim edim.
İlk öncə bildirmək istərdim ki, bizim rayonda baş verənlər bütün rayonlara xarakterizə edilə bilər. Lakin onu da unutmamalıyıq ki, biz əhali resursları və xarakteri baxımından daha fərqliyik. Məhz buna görə də məsələlərdə fərqli yanaşma qoymağı bacarmalıyıq. İlk növbədə düşünürəm ki, elə bir rayon yoxdur ki, orada geniş müxtəlifliyə malik problemlər olmasın. Hətta deyə bilərəm ki, elə rayonlar var onların 25-30 ildir həllini gözləyən problemləri mövcuddur.
Gələk Ağdama: Düşünürəm və faktlara söykənərək deyirəm ki, bizdə problemlər şişirdilir, təhrif edilir, məsələlər aidiyyəti üzrə deyil, aid olmayan istiqamətlərdə həll olunmağa yönəldilir. Məsələ burasındadır ki, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla bağlı yazılar dərc edilir və bu yazılar bir Ağdamlı kimi və təbii ki, bir jurnalist kimi mənim də fikrimdən yayınmadı. Qərara gəldim ki, bu məsələləri araşdırım. Bir qrup qazi, şəhid ailəsi və sıravi insanlarımızla danışdım. Hətta onlara adlarının hallanmayacağını bildirib, obyektiv danışmalarını istədim. Sorğu keçirdiyim insanlara Vaqif Həsənovla bağlı yazıları, sosial şəbəkələrdə yazılan statusları və xəbərləri göstərdim və onların icra hakimiyyəti və başçı ilə bağlı fikirlərini mənimlə bölüşmələrini xahiş etdim.
İlk öncə aldığım cavablar məni oxuduğum xəbərlərdən daha çox təəccübləndirdi desəm yanılmaram. Belə ki, sorğu götürdüyüm qazilərimiz demək olar ki, qəti şəkildə ittihamları rədd elədilər və özlərinin diliylə desək Vaqif Həsənovun istənilən qazinin fərq qoymadan yanında olduğunu, dəfələrlə qazilərin evlərini ziyarət etdiyini, həmçinin onlar üçün növbdənkənar qəbul elan elədiyini bildirdilər. Qeyd edim ki, təxminən 50-dan çox şəhid ailəsi və qazi mənim sorğumda iştirak edib. Ümumiyyətlə vətəndaşlar ( xüsusilə də məcburi köçkünlər ) fikirlərində Vaqif Həsənovu əsl Ağdamlı kimi, torpağı ilə nəfəs alan bir şəxsiyyət kimi xarakterizə edirlər.Sorğu keçirdiyim sadə vətəndaşları özü-özlüyümdə iki hissəyə böldüyüm zaman iki fərqli reaksiya ilə rastlaşdım. Əhalinin təhsilli təbəqəsindən olan şəxslər Vaqif Həsənovun problemlərdən qaçmadığını, xüsusilə onun dönəmində bir çox problemlərin həllini tapdığını qeyd edərək, həllini tapmayan problemlərin həlli istiqamətində görülən işləri də müsbət qiymətləndirilər.
Digər tərəfdən əhalinin gündəlik təsərrüfatla məşğul olan hissəsi isə məsələlərə fərqli prizmadan yanaşır, xüsusilə kənd təsərrüfatı sahəsindəki irəliləyişlərdən razı olduqlarını qeyd edirlər. Bəzi problemlərin birbaşa icra hakimiyyəti orqanına aid olmadığını, buna baxmayaraq yerli icra hakimiyyətinin onlara bütün hallarda dəstək verməyə çalışdığını xüsusi vurğuladılar.
Sorğu iştirak edən şəxslər ilk öncə problemlərini diqqətə çatdırmalarına baxmayaraq, heç biri Rayon İcra Hakimiyyətinin başçısından şikayətçi deyildi.
Əsas məqamlardan biri isə sorğu götürdüyüm insanların rayonda aparılan kadr islahatları ilə bağlı maraqlı fikirlərinin olmasıdır. Birinci növbədə Vaqif Həsənovun Prezident İlham Əliyevin gəncləşdirmə siyasətini rayonda doğru şəkildə həyata keçirdiyini, xüsusən gənc dövlət qulluqçularının İcra Hakimiyyətinin başçısı tərəfindən qarşılarına qoyulan vəzifələrinin əsası kimi şəhid ailələri və qazilərlə münasibətlərin düzgün tənzimlənməsi və onlara qarşı rayon rəhbərliyi səviyyəsində qayğının daim hiss etdirilməsi olduğu qeyd edilir.
Sonda bir ağdamlının dediyi sözlərlə ümumi yazımı bitirirəm. ”Biz ağdamlılar qorxmaz, mərd, çətinliyin gözünün içinə dik baxan camaatıq, amma ən böyük problemimiz nə qədər çalışqan, çörək qazanan, vuruşqan olsaq da daim özümüz öz içimizdəkilərdən düşmən düzəldirik. Vaqif Həsənovun ən böyük şanssızlığı özümüzdən olmağıdır, bəlkə də. Başqa yerdən olsaydı bu qədər üstünə gedilməzdi”.
Sonda bildirmək istəyirəm ki, özümüzə məxsus olana sahib çıxacaq qədər müdrik camaatıq.
