Beyləqanda şəhidin doğum günü qeyd olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları rayonun İmamverdilər kəndində şəhid Natiq Rəşxan oğlu İmanovun mövludu ilə bağlı mərasimdə iştirak ediblər.

Şəhid Natiq Rəşxan oğlu İmanov 1973-cü ildə anadan olub. İmamverdilər kənd orta məktəbini bitirib. 1992-ci ildən Beyləqan Özünümüdafiə batalyonu tərkibində bir sıra döyüşlərdə iştirak edib. 1994-cü ildə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhidin məzarı ziyarət olunaraq gül qoyuldu və ruhuna dualar edildi.

Şəhid Natiq İmanovun ad günü mərasimində iştirak edən müharibə veteranları adından çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhid ailəsi üzvlərinə başsağlığı verdi. Bildirdi ki, qoy şəhid qardaşlarımızın ailələri görsünlər ki, biz onları unutmadıq və onları unutmağa kimsənin haqqı yoxdur.

AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov Birlik adından Fəxri fərmanı şəhid ailəsinə təqdim etdi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: