AVMVİB Lənkəran rayon şöbəsi rəhbərliyi qazimizin müalicəsini diqqətdə saxlayır

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi rəhbərliyi 44 günlük Vətən müharibəsi qazisinin müalicəsiylə maraqlanıb.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev məlumat verib.


S. Dostuyev bildirib ki, qazimiz Əhliman Quluzadəyə Lənkəran rayon xəstəxanasının nevroloji şöbəsində müalicə alır. Həkim Yeganə xanımla görüşdük və qazimizin durumuyla maraqlandıq. Müalicə uğurla davam etdirilir.

Onu da qeyd edim ki, Əhliman Quluzadə AVMVİB Lənkəran rayon şöbəsinin Nügədi, Xolmil, Gircəkənd qəsəbələri üzrə özək sədridir.


Qazimizə Allahdan şəfalar diləyirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: