Azərbaycan ordusunda və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında öz dəst -xətti olan,yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü istefada olan polkovnik — leytenant Məmmədov Rizvan Məhərrəm oğlunun iyul ayının 30 — da 66 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan Polkovnik — leytenant Məmmədov Rizvan Məhərrəm oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovniki Salman Musayev doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Rizvanın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik — leytenant Məmmədov Rizvan Məhərrəm oğlu 1956 — cı ilin iyul ayının 30 — da Yevlax rayonunda ziyalı ailəsində anadan olub.
1972 — ci ildə Yevlax rayonunda 8 (səkkizinci) sinifi, 1974 — ci Çəmşid Naxçıvanski adına hərbi liseyi, 1978 -ci ildə Voliski Arxa xidmətlərər üzrə Ali Hərbi Məktəbi,1989 -cu ildə isə Lenin ordeni adına Sankt- Peterburq (Leninqrad) şəhərində Arxa xidmətlərər üzrə Hərbi Akademiyanı bitrib.
1978- 1983 — cü ildə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissələrində Əşya Xidməti rəisi, əlahiddə tabor komandirinin arxa xidmətlər üzrə müavini, 1983 — 1986 — cı illərdə Sovet Ordusunun Komsomolsk na Amur vilayətində yerləşən hərbi hissəsində Alay komandirinin arxa xidmətlər üzrə müavini, 1989- 1991 -ci illərdə Sovet Ordusunun Gəncə şəhərində və Göygöl (Xanlar) rayonunda yerləşən hərbi hissələrində Alay və Briqada komandirlərinin arxa xidmətləri üzrə müavini vəzifələrində işləyib.
Rizvan Məmmədov 1992 — ci ildə Müdafiə Nazirliyinin Maddi texniki Təminat Baş İdarəsində Mənzil — İstismar İdarə rəisinin müavini, 1993- 1994 -cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində Briqada komandirinin arxa xidmətlər üzrə müavini, 1995- 2003 -cü illərdə isə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsində tədris və təlim mərkəzlərinin rəisi, Heydər Əliyev Adına Ali Hərbi Məktəbdə isə arxa cəbhə xidmətləri üzrə kafedra rəisinin müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib .
Məmmədov Rizvan Məhərrəm oğlu Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən ) döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
O, Sovet Ordusunda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müvafiq strukturlarında və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın, Ali Hərbi Məktəb və Hərbi Akademiya rəislərinin, Briqada və Alay komandirlərinin müvafiq əmrləri ilə «əla xidmətlərə görə » döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin,ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif edilib.
-«Silahlı Qüvvələr Veteranı » medalı ilə;
— » SSRİ Silahlı Qüvvələrin yaranmasının » ( 1918 — 1988) 70 illyi yubiley medalı ilə;
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
—» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
-» Silahlı Qüvvələrin yaranmasının » ( 1918 — 2018) 100- illiyi (Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin təsis etdiyi xatirə) medalı ilə.
RİZVAN BƏY, 66 YAŞIN MÜBARƏK !!!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev