TƏBRİK: KAPİTAN MİRZƏ MİRZƏYEV — 42

      İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum  günüdür. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi biri də  peşəkarlığı, hümanistliyi,  işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, vətənpərvərliyi  və təcövzkarlığı  ilə  seçilən ömrünün ən məhsuldar  dövrünü  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında  keçirən ehtiyatda olan kapitan  Mirzə Mirzəyevdir. İyul ayının  29 — da onun 42 yaşı tamam oldu.

     Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan kapitan Mirzə Mirzəyevin  iyul ayının 29 — da  42 yaşının tamam olması münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Mirzə Mirzəyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

    Kapitan Mirzə Mirzəyev  1980 — ci ilin  iyul ayının  29 — da anadan olub.

259 nömrəli tam orta məktəbi və  Azərbaycan Dövlət Universitetini bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində, Ali Hərbi Məktəbində və Hərbi Hissələrində  keçiriən bir çox metodiki təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

    O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

         Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda,cinayətkarlığa qarşı mübarizədə, öz xidməti vəzifələrini  yerinə yetirərkən fəriqləndiyinə görə   Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubiley nişanları  ilə təltif edilib, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

MİRZƏ BƏY, 42 YAŞIN MÜBARƏK !!!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: