- İLHAMİ CƏFƏRSOY
- Filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri
Çingiz xan Monqol deyildi
Sarışın saçlı, mavi gözlü, hündür boylu Türk idi. Monqolları və digər xırda xalqları tabe edib onlar üzərində hökmran olmuşdu. Əhalinin say etibarilə çoxu qıyıq gözlü olduğundan imperiyanın tərkibindəki xırda xalqların çoxu antropoloji görünüşünü dəyişdi. Sarı saçlı, mavi gözlü, uca boylu avropoid irqindən qıyıq gözlü, orta boylu monqoloid irqinə çevrildi.Tarixən monqol adlı xalq olmayıb. Çingiz xan yaratdığı el birliyini manqol, yəni qalib, güclü qol adlandırıb.
Çingiz adını Şın Kız, yəni göylər qızının oğlu kimi izah edənlər də var. Şın və kız Türk sözləridir.
Qarabağın Edilli kəndi
Keçmiş Qara Bulaq, indiki Füzuli şəhəri yaxınlığında Edilli kəndi var. Etil və ya İtil Volqa çayının ruslardan əvvəlki adıdır.
Çayın sahillərində slavyanlardan qabaq Etil adlı türklər hökmranlıq edirdilər. Dədəmiz Qorqudun kitabında Etil Alp yenilməz qəhrəmanlardan biri kimi xatırlanır. O, dastanda belə təsvir edilir: Dərbəndi tutan, 90 qalanın açarını və Sarı Sandalın qızını alan Etil Alp. Sandal Oğuz dastanlarında gəmiyə, Sarı Sandal Baltik dənizi sahilində yaşayan gəmiçi Skandinav xalqlarına deyilir. Etil çayı ilə üzərək Baltik dənizi sahillərini tutan Oğuz bəyləri Sarı Sandal titulu alırdılar. Skandinavları və slavyanları tabe edib onların sarı saçlı, mavi gözlü qızlarını özlərinə arvad edirdilər. Nəticədə atalarına düşmən olan uşaqlar doğulurdu. Bu, qaliblərin faciəsi deməkdir. Rus və Avropa xalqları məğlub ediləndə məhv olurdular, biz bəzən məğlub olanda, bəzən qalib gələndə.
Gəlin düşünək: Xankəndini tuta bilsək, yenidən 30 min axçiki özümüzə arvad eləyəkmi?
AzTV-nin ekranından fəxrlə elan edəkmi bizim 30 min erməni gəlinimiz var?
İtaliyanın Qafqaz şəhəri
İtaliyanın şimalında Qalliyada Kapkaz adlı şəhər var idi. Həmin şəhəri Asiyadan Avropaya köçən Kapkaz nəsli salmışdı. Kapkaz Kimmer nəslidir.
Onların bir qolu Avropaya köçməyib, Ön Asiyada qalmış, Qorq Aslan ilə birlikdə Sasaniləri İveriyadan qovmuşdu.
AzTV-nin və Mir Şahinin bəyənmədiyi Elmlər Akademiyasında az da olsa, bunları bilən alimlər var. AMEA-nı bağlatmaq əvəzinə bu cür tədqiqatçılara imkan yaratmaq lazımdır ki, aylarla Gelatinin, Krakovun nadir nüsxələr fondunda elmi səfərdə ola bilsinlər.
Öyrənsinlər ki, nəyə görə Avropada Cenevrə, Genuya şəhərləri Kent adı ilə salınmışdır? Hansı səbəbdən Britaniyada Korkut adlı qraflıq var idi? Nəyə görə Publi Maron Vergilinin zamanında er.əv.ll əsrdə Qalliyadakı Arar çayı Ak Sona adlanırdı?
Biz Elladada yunanlardan, İtaliyada latınlardan öncəki mədəniyyətin yaradıcılarıyıq. Bu qiymətli bilgiləri dərsliklərə daxil etdirə bilsək, ölkədə milliyyətçi gənclər yetişdirə bilərik. Tələbələrimiz bilsələr ki, Neopol şəhərinin əvvəlki adı Bərdə olmuşdur, özgələri yox, özlərini sevəcəklər. Biz kitablarımızı yazırıq, onları oxuyub dəyər verən Təhsil Nazirliyimiz varmı?
Yoxdursa, onu AzTV-nin və Mir Şahinin çənəsinin altına salıb əzmək yox, dayaq olub dikəltmək, kəmsavad akadlardan, makadlardan təmizlımək lazımdır.
Kobzar, Qopuzçu ər deməkdir
Ukraynalılar oğuzlar kimi öz ozanlarına kobzar deyirdilər. Kobzar qopuzçu ər deməkdir.
Mahmud Kaşğari yazır ki, oğuzlar simli musiqi alətlərinə kobuz, qıpçaqlar çanak deyirlər. Ukraynanın böyük kobzarı Taras Sebçi titulu daşıyırdı.
Ukrayna kazakları rus işğalına qədər şairlərə və peyğəmbərlərə sebçi deyirdilər. Çünki Tanrının sebini, yəni sözlərini insanlara sebçilər çatdırırdı.
Seb sözü qədim türk yazılı abidələrində sab formasındadır: Sabımı tüketi esidgil. Murad Adcı yazır ki, Taras Şevçenkonun poetik leksikasının 60%-i Türk sözlərindən ibarətdir. Yekaterina taxta çıxana qədər Ukraynada slavyan toponimi yox idi. Kiyev şəhərinin adı Qızova, Xerson körfəzinin adı Dəli göl idi. Azov qalası Azaflı adlanırdı. Azaflı qalasının atamanı Sarık Azman nəinki Türk, həm də müsəlman idi. Necə düşünürsünüz?
Tovuzun Azaflı kəndində kobzar Sebçi Taras ilə kobzar Mikayıl Azaflının yanaşı heykəlini görmək istərdinizmi?
Makedoniyalı İsgəndər Şuşada
Makedoniyalı İsgəndər ata xəttilə Karan, ana xəttilə Aran nəslindəndir. O, Şuşa xəzinədarlarından bir neçə ton qızıl alıb ordunu təchiz etmiş, Əhəməni dövlətinin varlığına son qoymuşdu.
Avropa tarixçiləri bunları bilirlər. Bilə-bilə Şuşa şəhərini Suz, Şuşa ölkəsini Suziana adlandırırlar. Ön Asiyada iki Şuşa şəhəri var idi. Biri Şumerin qonşuluğunda, biri indiki Türkiyədə Kızıl İrmak çayı boyunda idi.
Türkiyədəki Şuşa Baq Şuşa adlanırdı. Baq Şuşa Xətay şəhəri idi.
Nesililər xətayların ölkəsini tutub Baq Şuşa şəhərini özlərinə paytaxt elədilər. Avropa tarixçiləri məkrli məqsədlə həmin şəhəri Xattuşaş, Xətayların adını Xatti yazırlar.
Şəkildə Elamın Şuşa şəhərindən tapılan insan başlı qanadı buğa heykəlini görürsünüz. Hündürlüyü 3 m 30 sm olan heykəl qədim dünyanın 10 sənət incisindən biridir. Fransız arxeoloqu E.D. Ami Şeyx xan və Şuşa yaşayış məskənlərindən tapılan insan başlı buğa bütlərini antropoloji cəhətdən Şuşa azərbaycanlılarına bənzədir.
Yaxşı olar ki, biz öz mədəniyyət abidələrimizə yiyə duraq. İnsan başlı buğa heykəlinin birini son Şuşamızda, işğaldan azad etdiyimiz mədəniyyət paytaxtımızda qoyaq.
Baş daşımız qoç heykəli,
Gor yerimiz qarlı quzey.
Gözəl Şuşam, dağın, daşın
Göy altında açıq muzey.
El-ulusum düşünməsin,
Bir özüməm, bir də masam.
Ürək susar torpaq olar,
Tarixini yaşatmasam!
Yevreylər hələ er.əv. VII əsrdə Xəzər dilində danışırdılar
Yusif Kənan adını semitoloqlar İosif kimi yazırlar və bir neçə mənada izah edirlər. O etimoloji açımdan biri İy+o+sefdir. İyosef «iy» və «sap» deməkdir. Yusif Kənan atası İakovdan sonra dağılmış hərbi dəstələri iy sapı ətrafına yığan kimi bir yerə toplamış, qoşun yeridib Misiri tutmuşdu. Bəzi semitoloqlara görə İsayi yevreylər türklər kimi Yafəs və Aran mənşəli olub, kənanların bir qoludur. Bizim əcdadlarımız Müqəddəs torpaqlarda səmavi dinlərin ilk yaradıcılarıdır. Biz kimlərdənsə çəkinərək bunları yazmalı deyilikmi?
Yusif Kənanı öldürəndən sonra Nil çayına atırlar. Serak adlı qarı onun qamışlara ilişib qalan cəsədini görür, gəlib insanlara yerini deyir. Köhnə nəsil semitoliqlar yazırlar ki, Serak, yəni Zirək yəhudi adı deyildir, yevrey adıdır. İsayi yevreylər yəhudi deyidilərsə, iti yerişli çevik qadınlara İrək, Zirək adları verirdilərsə, biz nə üçün bunları gizlətməliyik?
Xəzər dilində danışırdılarsa,Yusif Kənanın, İsa peyğəmbərin prototürk əsli haqqında susmalıyıq? Arabir telekenallarda belə bir fikir səsləndirilir ki, Xəzər xaqanlığı ortaq Türk və Yəhudi dövlətidir.
Əksinə, Türk və Yevrey dövlətidir. Yevreylər hələ er.əv. VII əsrdə Fələstində yaşayarkən Xəzər dilində danışırdılar. Talmuda yox, Moiseyin Torasına tapınırdılar. Onlar Xətaylar kimi anaya ana, nənəyə nana, ataya deda, ölümsüzlüyə olum, iyə iy, sapa sap deyirdilər.
Kim mənimlə razılaşmırsa, Ernst Renanın, Vilhelm Vaqnerin, İosif Flavinin yüz əlli-iki yüz il əvvəl nəşr olunan kitablarına baxsın.