ŞƏRƏFLİ ZABİT ÖMRÜ: MAYOR XUDA XUDAYEV – 56

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə ınsanlardan biridə peşəkarlığı  humanistliyi, sadəliyi və işgüzar keyfiyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünün 15 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə  kecirən ehtiyatda olan mayor Xudayev Xuda  Sadiq oğlunun avqust ayının 1 — də  56 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan müharibə veteranı, ehtiyatda olan mayor Xuda Sadiq oğlu  Xudayevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

1966 — cı ilin  avqust ayının 1 də  Azərbaycan Respublikasının Yardımlı rayonun  Daşkəndində anadan olub.

1981-cü ildə  Sumqayıt şəhərində 3 nömrəli orta məktəbin  8 -ci sinifini, 1983 -cü ildə  Sumqayıt şəhərində 22 nömrəli orta məktəbin 10 — cu sinifni,  1988 — ci ildə Simeropol  Ali Hərbi Siyası məktəbi bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda , xüsusi- taktiki təlimlərdə , müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək’ ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.

O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda,cinayətkarlığa qarşı mübarizədə, öz xidməti vəzifələrini  yerinə yetirərkən fəriqləndiyinə görə   Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə döş və yubiley nisanları  ilə təltif edilib, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Xuda Xudayev 2000 — ci ildən etibarən  Sumqayıt şəhər 22 saylı məktəbdə  hərbi hazırlıq üzrə müəllim işləyir.

XUDA BƏY, 56 YAŞIN MÜBARƏK!!!

BÜTÜN ARZULARIN CİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: