Serbiya və Kosova arasında vəziyyət gərgin olaraq qalır

Serbiya Prezidenti Aleksandar Vuçiç bazar günü Respublika Silahlı Qüvvələrinin Baş Qərargahının binasına gəlib.

Bu barədə “Pink” telekanalı məlumat yayıb.

Məlumata görə, dövlət başçısı ordu komandanlığı ilə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edir.

Bazar günü axşam tanınmayan qurumun polisi Serbiya ilə inzibati xətt üzrə keçid məntəqəsini bağladıqdan sonra bölgədə vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq Kosovonun şimal hissəsində serblər nümayiş keçirərək, əsas magistral yolları bağlayıblar. Bölgənin şimalındakı bir sıra şəhərlərdə həyəcan siqnalları işə salınıb.

Dünən Kosovo və Metoxiyanın serb əhalisi barrikadalar qurmağa başlayıb. Serbiya vətəndaşları Kosovonun şimalında və Metoxiyada barrikadalar qurublar. Onlarla insan Priştina – Raska əsas yolunu bağlayıb. Küçələrdə olan Kosovo polisinin xüsusi dəstələri (ROSU polis xüsusi təyinatlıları) şəhər əhalisi toplanması başlayanda ətraf kəndlərə yola düşüb.

Kosovodakı NATO qoşunları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) hazırkı tərkibi əsasən NATO üzvləri və onların müttəfiqləri olmaqla 28 dövlətdən 3775 xarici hərbçidən ibarətdir.

Onların arasında Türkiyədən 350, Ermənistan və Ukraynadan isə 40 hərbçi var.

Məlumata görə, bağlanan “Brnyak” keçid məntəqəsi ərazisində atışma olduğu var.

Xatırladaq ki, Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir.

Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır.

Hazırda Kosovonun müstəqilliyini 97 ölkə tanıyıb. Azərbaycan Kosovonu suveren dövlət kimi tanımır.

Mənbə: Konkret.az

Bu xəbəri paylaşın: