QARABAĞDA ERMƏNİLƏR UŞAQ DOĞMAQ ÜÇÜN YARIŞA QOŞULUBLAR

Bununla onlar həm 44-günlük müharibədə ölən dğaların yerini doldurmaq istəyir, həm də Qarabağda ermənilərin sayını artırmaq istəyirlər.

Bu barədə erməni mətbuatı yazır: «Artsaxda» DOĞUŞ sayı artıb. Valideynlər isə uşaqlara «qəhrəman» adlarını qoymağa üstünlük verirlər.

Təkcə bu ilin birinci yarısında Qarabağda 864 doğuş qeydə alınıb ki, bu da 2021 ci ilin eyni dövrü ilə müqayisədə 204 və ya 131% artım deməkdir.

Doğulan uşalar araslnda gələcək əsgərlər, yəni oğlanlar çoxluq təşkil edir 53,6%. ( PS. Qeyd edək ki, əvvəllər Kim Kardaşyanlara, yəni qızlara üstünlük verirdilər.) Oğlanlara ən çox Davit, Tiqran və Hayk adları qoyulur, qızlara isə Mane, Maryam və Yeva adları qoyulur.

Milli Statistika rəsmisinin dediyinə görə əvvəlki illərə nisbətən həm də ölüm sayı da 22,5% azalıb. Bunun nəticəsidir ki cari ilin birinci yarısında «respublika» (Qarabağ nəzərdə tutulur) əhalisinin təbii artımı 372 nəfər olub. Maraqlıdır kİ, Ermənistanda da buna bənzər bir «yarışma» var. Fərq ondadır ki, orada yaşlarından asılı olmayaraq, valideynlər ölən övladlarının yerini doldurmaq üçün «DOĞUŞ» yarışına qoşulublar və məlumata görə indiyədək guya yaşları 45- 55 olan 10-a qədər valideynlər öz «arzularına» çatmışlar.

Erməni mətbuatında dəfələrlə şahidi olmuşuq ki, həmin valideynlər utanmadan, «qürurla» yeni doğulmuş körpələrini qucaqlarında «YERABLUR» (Üç təpə) məzarlığına apararaq, ölmüş dğalarının qəbri üzərində «təsəlli» mərasimi keçirirlər. ( Şəkildə 48 yaşlı ana yeni doğulan dğaçanı 44-günlük müharibədə ölmüş dğasının məzarı üzərinə gətirib deyir: «Bax oğlum, sən yenidən dünyaya gəlmisən» -deyərək özünə və ətrafdakılara təsəlli verir.

İSMAYIL TANRIVERDİ, BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

P.S. Deyəsən Rusiyanın erməniməramlı qüvvələri gecə-gündüz iş başındadırlar…

Bu xəbəri paylaşın: