ŞƏRƏFLİ ZABİT ÖMRÜ: MAYOR HİKMƏT HÜSEYNOV — 54

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Rəhbərliyi ehtiyatda olan mayor, II qrup əlil Hüseynov Hikmət Nemət oğlunu doğum günü münasibətilə   səmimi təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Ehtiyatda olan mayor Hüseynov Hikmət Nemət oglu 3 avqust 1968- ci ildə Naxçıvan şəhərində anadan olub.

O, 1985- ci ildə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbini, 1990-cı ildə Naxçıvan Dövlət Universitetini,1998- ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Xəzər rayonunda yerləşən Zabitlər hazırlayan məktəbi «Əla » qiymətlərlə bitirib .

Hikmət Hüseynov 2001- ci ildə Türkiyə Jandarma Qüvvələrinin Ağrı şəhərində yerləşən xüsusi təyinatlı birqadada, xüsusi dəstələr ücün zabitlərini təkimləsəşdirmə kursunu » Əla » qiymətlə bitiribdir, 2003 ci ildə isə Xarici ölkələrin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə keçirdiyi kurslarda, seminarlarda və konfuraslarda iştirak edərək müvafiq sertifikatlarla təltif edilib.

O, Daxili Qoşunların Bas İdarəsinin Zabit Hazırlayan Məktəbi və Türkiyə Jandarma Qüvvələrinin Xüsusi Təyinatlı Dəstə Komandirləri Hazrlayan Kursunu ən yüksək qiymətlərlə bitirdiyinə və birinci yeri tutduğuna görə fəxri fərmanlarla və qiymətli hediyələrlə mukaflandırılıb.

Hikmət Hüseynov peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 31 (otuz bir) ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətdə , Naxçıvan MR-da isə idman sahəsində kecirib.

Ehtiyyatda olan mayor Hikmət Hüseynov 1990 — ci ilın avqust ayından 1996 -cı ilın may ayına kimi Naxçıvan şəhərində Uşaq Güləş Məktəbində sərbəst güləş üzrə məşqçi –müəllim vəzifəsində işləyib. O, 1996- 2011-ci illərdə Daxili İşlər Nazirliyinin

Daxili Qoşunlarının Bas İdarəsinin Naxçıvan şəhərində yerləşən hərbi hissədə (əlahiddə birqadada ) Əlahidə xüsusi təyinatlı taqım komandiri, Əməliyyat böluk komandiri, Xüsusi təyinatlı Dəstə komandiri, Əməliyyat tabor komandiinin müavini— Qərargah rəisi, Əlahidə Birqadanın Mühəndis Xidmət Rəisi vəzifələrində xidmət edib.

Hikmət Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Naxçıvan şəhərində yerləşən əlahiddə birqadasında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə,verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yernə yetirməkdə bir çox hərbi qulluqçular ücün nümnə olmuşdur.

O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində yerin yetirilməsində, Cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsinde üzerinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

Mayor Hikmət Hüseynov vətənə , dövlətə, xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan şəhərində yerləşən Hərbi hissəsində xidmət edərkən, öz səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə Daimi Daxili Qoşunların Komandanlıgının və xidmət etdiyi hərbi hissənin komandirinin diqqət mərkəzində olmuşdur.

Ehtiyyatda olan mayor Hikmət Hüseynovun səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Daxili Qoşunlar Komandanligı və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən yüksək qiymətləndirildiyinə görə O,Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Hərbi xidmətlərinə görə» medalla,Daxili İşlər Nazirinin , Daxili Qoşunlar Komandanın və hərbi hissə komandirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətlərə görə » 3 cu dərəcəli medalla , eləcədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasinin 10 iliyi və 90 illiyi» medaları ilə, Daxili Qosunların «Əlaçı » döş nişanları ilə, pul mükafatları ilə və qiymətli hədiyələrlə mukaflandirlıb.

Hikmət Hüseynov 2011-ci ildən Naxçıvan MR-ın Güləş Federasiyasının Baş katibi,Naxçıvan şəhər Uşaq Güləş məktəbində idman dərs hissə müdiri vəzifəsində işləyir.

BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN, HİKMƏT BƏY !

100 YAŞA, SAĞLAM YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin  müavini polkovnik Salman Musayev
Bu xəbəri paylaşın: