1 avqust doğum, 3 avqust ölüm günü olan Rafail Ağayev

MÜHARİBƏ VETERANI POLKOVNİK-LEYTENANT AĞAYEV RAFAİL BALABƏY ÖGLUNUN 1 AVQUST ANADAN OLMASININ 72-Cİ  İLİ,  3 AVQUST İSƏ VƏFAT ETMƏSİNIN 10- CU İLDÖNÜMÜ EHTRAMLA YAD EDİLİR…

 Ömrünü gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə Vətən təəssübü çəkən öğlanlardanda biridə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında şərəfli döyüş və xidmət yolu keçən  polkovnik-leytenant Rafail Ağayevdir. Onun  avqust ayının 1-də  doğum günüdür, avqust ayının 3-də isə vəfatının il dönümüdür. Hazırda haqq dunyasında  olan Rafail Ağayevin qız övladı Telli xanım da  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət edir onun şərəfli  hərbi peşəsini ləyaqətlə davam etdirir. Məhrum həmkarımızın vəfatı ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, bütun xidmət edən hərbi qulluqçularmız və ehtiyatda olan hərbi vəzifəlilərmiz, doğmalarına və yaxınlarına baş sağlığı verir, axirətinin cənnət məkanı olmasını Ulu Allahdan diləyirik.

      Məhrum Ağayev Rafail Balabəy oğlu 01avqust 1950 ci ildə Bakı şəhərində anadan olub.O,1968- ci ildə orta məktəbi, 1997- ci ildə isə Baki Dölet Ünverstetini bitrib.

      O, 1968 — 1970 — ci  illərdə SSRİ Müdafiə Nazirliyinin Ukrayna respublikasında yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub. R .Agayev 1974- 1977 -ci ilərdə Bakı şəhər 117 saylı tam orta məktəbdə müəllim işləmişdir.

    Agayev Rafail Balabəy oğlu 1977 -1991-ci ilərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisəsində dəstə rəisi və islah əmək müəssisə rəisinin müavini vəzifələrində  işləyib. O,1992- 1999-ci illərdə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  Qaradağ rayonunda (Sahil qəsəbəsində) yerləşən hərbi hissədə (hərbi hospitalda), hərbi hissə komandirinin  (hərbı hospital  rəsinin) tərbiyəvi işlər müavinini vəzifəsində xidmət edib.

    Məhrum Rafail Ağayevn həyat yoldaşı Agayeva Gülmura İsa qızi 1994 – 2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının bas idarəsinin hərbi hospitalında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

    R.Agayev Daxili İşlər Nazirliyinin İslah Əmək Müəssisələrində və Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına, Hərbi andına əməl etməkdə, şəxsən  o, tabeliyində olanlar ücün nümunə olmuşdur.

     O, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Baş İdarəsinin Qaradağ rayonunda yerləşən  hərbi hissədə (hərbi hospitalda) hərbi hissə komandirinin tərbiyə  işləri üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində üzərinə düsən vəzifə və tapşırıqları şərəflə, ləyaqətlə  yerinə yetirib, Azərbaycan Respublikasının Suverenliyi, Ərazi bütövlüyü uğrunda (Ağdam və Fuzuli rayonları istiqamətində ) gedən döyüşlərdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

    Daxili Qosunların Bas İdarəsinin  Qaradağ rayonunda yerləşən hərbi hissə komandirinin  (hərbi hospital rəisinin) tərbiyəvi işlər üzrə müavini vəzifəsindən ehtiyata buraxlan, hazırda haqq dünyasında olan Rafai Agayevin  əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır. Belə vicdanlı oğulları ilə tanınır Vətən.

ALLAH RƏHMƏT ELƏSİN !

RUHU ŞAD OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: