AVMVİB Yardımlı şöbəsindən xeyirxah addım

Məhərrəm ayı münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin təşkilatçılığı İlə Yardımlı rayonu Avaş kəndində müharibə veteranlarına və imkansız ailələrə geyimlər və ərzaq payları təqdim edilib.


Adlarının çəkilməsini istəməyən xeyriyyəçilərin dəstəyi İlə baş tutan bu aksiyada yardımçı olanların adlarını çəkməyi mən özümə borc bildim.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

O, bildirdi ki, Hacı Şəmi Bədirov, Kərbəlayi Rizvan Səlifov, Rasim Şərifov, Tağı Məmmədov və qeyrilərinin dəstəyini alqışlayırıq. Növbəti dəfə digər şəxslərin adlarını qeydə edəcəm.


Yardımları 3 nəfər imkansız ailələrə, 2 nəfər müharibə əlilinə və 3 nəfər muharibə veteranına təqdim etdik.


Keçən dəfə 5 nəfər azyaşlı uşağın vəziyyətinin acınacaqlı olduğunu qeyd etmişdim və Facebookda paylasmışdım. Bundan sonra Xeyriyyə cəmiyyəti onlara un və ət göndərmişdi. Bu gün isə qeyd etdiyim xeyriyyəcilərinin yardımı ilə həmin ailənin bütün üzvləri ərzaq və geyimlərlə təmin edildi.


Gələcəkdə də bu cür xeyriyyəçi oğulların dəstəyi ilə bu işi davam etdirmək niyyətindəyik. Adlarını çəkdiyim xeyriyyəçilərə və İsmayılov qardaşlarına xeyirxah əməllərinə görə öz təşəkkürümü bildirirəm.


E. Səlim

Bu xəbəri paylaşın: