Azərbaycanda quldur dəstəsinin üzvü olan 2 erməni yaralandı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.

Bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.

Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri — Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.

Bu xəbəri paylaşın: