2022-ci il iyulun 27-də Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycana qarşı yeni dövlətlərarası iddia qaldırıb.
“Armenpress”ə Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin yaydığı məlumatdan məlum olduğu kimi, sözügedən iddia, xüsusən, mülki əhalinin hüquqlarının pozulması nəticəsində baş vermiş cinayətlərə aiddir. 2022-ci ildə Azərbaycanın qondarma (S)artsax respublikasının Xramort və Fərrux kəndləri istiqamətində törətdiyi «təcavüz», Azərbaycan tərəfindən qondarma (S)artsax respublikasının sərhədyanı kəndlərinin əhalisinə qarşı real təhlükələr, o cümlədən silahlı qüvvələrin güc tətbiqi halları Azərbaycan Silahlı Qüvvələri 2021-2022-ci illərdə bölgənin mülki əhalisinə qarşı yönəlib, nəticədə insanların yaşamaq hüququ pozulub.
Mənbə: armenpress.am
P.S. Bəs yaşamaq hüquqları erməni faşistləri tərəfindən 1988-2020-ci illər ərzində pozulan 1 milyon Azərbaycan insanının şikayətlərini niyə Avropa İnsan Haqqları Məhkəməsinə təqdim etmirik? Niyə vurulmuş zərər və yandırılmış şəhər və kəndlərin yandırılmasının hesabını soruşmuruq?