Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsində Millət vəkili Erkin Qədirli ilə müharibə veteranlarının görüşü keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə məlumat verib.
Görüşdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözüylə açan şöbə sədri Fəqan Nəsibzadə Müzəffər Ali Baş Komandanın İlham Əliyevin müharibə iştirakçıları ilə bağlı yürütdüyü sosial siyasəti bəyəndiklərini, xüsusəndə minlərlə müharibə əlilini əhatə edən son ödənişləri rəğbətlə qarşıladıqlarını qeyd etdi. Daha sonra AVMVİB Səbail rayon şöbəsinin üzvü olan müharibə veteranları onları maraqlandıran məsələlər barədə Millət vəkili E. Qədirliyə suallar ünvanlayıblar.
Elnur Səlim

