Yaşasaydı 70 yaşı olacaqdı…

Avqust ayının 14 -də müharibə veteranı tibb xidməti mayoru Məhəmməd Məmmədovun  doğum günüdür. Yaşasaydı 70 yaşı olacaqdı.

         Müharibə veteranı Məmmədov Məhəmməd Rasim oğlu 14 avqust 1952-ci ildə Qusar rayonunun Köhnə Xudat Qazmaları kəndində anadan olub. Orta təhsilini 1969 -cu  ildə başa vurub. Həmin ildən Azərbaycan Dövlət Tibb İnustutnun müalicə -profilaktika fakültəsinə qəbul olub.

       O, 1975 ci ildə Azərbaycan Tibb İnustitutu , 1976-ci ildə isə Respublika Klinik Xəstəxanasında  internatı bitirib. Təynatla Qusar Rayon Mərkəzi Xəstəxanasının laboratoriya müdiri vəzifəsinə təyin edilib.Bir müddət burada çalışdıqdan sonra, 1979-ci ildə ehtiyyatda olan zabit kimi ordu sıralarında çalışaraq, Qəbələ RLS-in tikinti hərbi hissəəsində xidmətə başlayıb. M. Məmmədovun xidməti başa catdıqdan sonra isə  Daxili İşlər Nazirliyinin Bayıl təcridxanasının tibb hissəsində ordinator,Daxılı İşlər Nazirliyinin 10 saylı -İslah əmək müəssisəsində və 13 saylı vərəm xəstəliyinin müalicəsi üzrə İslah-əmək müəssisəsində həkim kimi işləyib.

O,1992 ci ilin iyun ayından Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Baş İdarəsinin  Binəqədi rayonunda yerləşən hərbi hissənin tibb xidməti rəsi vəzifələrində xidmət edib. Daha sonra  yeni yaradılmış hərbi hissəyə dəyişdirilmiş və bütün heyətlə döyuş bölgəsinə göndərilmişdir. Bu vaxt Ağdam rayonunda  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların nəzdində yaradılmış ön cəbhə qərargahında tibb xidmət rəsi vəzifəsində  olub. Cəfakeş həkimin tibb xidmətində cavabdehliyi bu sahəyə məsuliyyətini daha da artırmışdır. Bununla yanaşı, Daxili Qoşunların yeni yaranmış Xankəndi birqadasının da tibb xidməti vəzifəsini yerinə yetirəsi olmuşdur. O,Xındırıstan kənd orta məktəbəinin binasında yerləşən  hərbi səhra lazaretinə (tibb mətəqəsinə) özü rəhbərlik etmişdir.

         Ehtiyatda olan tibb xidməti mayoru Məhəmməd Məmmədov Daxili Qoşunların Baş idarəsinin  Binəqədi, Ağdam,Ağdərə rayonlarında yerləşən hərbi hissələrdə və Xankəndi birqadasında tibb xidməti rəisi , Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində baş zabit,   Daxili Qosunların hərbi hospitalında isə baş ordinator vəzifələrində xidmət etdərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə, işgüzarlıq və mənəvi keyfiyyətilə Daxili Qoşunlar Komandanlıgnın daimi diqqət mərkəzində olmuşdur.

           O,  ömürün ən şərəfli  anlarını Vətənin müdafiəsində kecirən həkim xidmətini şərəflə başa vuraraq  2000- ci ilin son ayında  sıralarımızdan ehtiyyatda buraxılıb .Onun xidmət etdiyi hərbi hissədə  bir tibb xidməti rəsi kimi Azərbaycanını ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyuk rolu olmuşdur.

         Ehtiyyatda olan tibb xidməti mayoru Məhəmməd Məmmədov Peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün  52 illk şərəfli xidmət yolunun 6 (alti) ilini Azərbaycan  Dövlət Tibb  inustutunda, 46 (qırıx altı ilin isə hərbi xidmətdə  və tibb müəssisələrində fəaliyyətini davam etdirməkdədir.

        O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hisələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Cinayətgarlıga qarşı mübarizədə, ictimai əsayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə Azərbaycan Respublikasının ərazi bütövlüyü   uğrunda  gedən döyüş əməliyyatlarında  tibb xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə  məsuliyyətlə yanaşmışdır.

        Müharibə Veteranı Məhəmməd Məmmədov   Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın ( həkim  andın ), hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər ücün nümunə olmuşdur.

       Məhəmməd Məmmədov Daxili İşlər Nazirliyinin İslah əmək (cəzaçəkmə) müəssisələrində, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə illər ərzində, Xidmətdə fəriqləndiyinə görə O, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, xidmət etdiyi hərbi hissə komandirinin və islah əmək ( cəzaçəkmə) müəssisəsinin rəisinin müvafiq əmrləri ilə mukaflandırılıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi VeteranlarI İctimai Birliyi  (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev, döyüş və iş yoldaşları  tibb xidməti  mayoru Məhəmməd Məmmədovun xatirəsini   ehtiramla anır və məkanının cənnət olmasını diləyirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: