Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin əmriylə AVMVİB Dəmir Yolları şöbəsinə yeni sədr təyin edilib.
Müharibə veteranı İlham Ağamalı oğlu Əzizov AVMVİB Dəmir Yolları şöbəsinin sədri təyin olunub.



Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin digər əmriylə Mehdi Hacıyev tutduğu vəzifədən azad edilib.
Təqdimatda AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev iştirak ediblər.
AVMVİB Mətbuat Xidməti
