Balakən rayonunda şəhidin ad günü qeyd edilib

Balakən rayonunda 44 günlük Vətən müharibəsinin şəhidi Amin oğlu Taciddin Novruzovun ad günü məzarı başında qeyd olunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.

Mərasimdə şəhidin yaxınları, rayon polis şöbəsinin rəhbərliyi, əməkdaşları və müharibə veteranları iştirak ediblər.

Şəhid Amin Novruzovun məzarı ziyarət olunub, güllər qoyulub və şəhidin ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: