Luici Villari İrəvanın Azərbaycan bazarı haqqında

1905-ci ildə bölgəyə səfər edən səyyah Luici Villari İrəvanın Azərbaycan bazarını belə təsvir edir:

Astafyevskayanın davamından sonra biz tatar dükanlarının mənzərəli küçəsi ilə adətən dəvə karvanlarının göründüyü başqa bir bazara gedirik.

Buradan dar küçələrlə qıvrılan qaranlıq girişləri görünən və dar çuxurları ilə çətinliklə keçə bildiyiniz Tatar bazarına getmək olar.

Həvəsli bir kolleksiyaçı, sanki, kolleksiya tutqunluğu ilə şəhərin iyli — qoxulu dərinliklərində maraqlı bir şey tapmaq istəyirdim, amma şəxsən mən belə bir şey görmədim və bazar mənə başqalarından daha kasıb göründü. Baxmayaraq ki, tağlı keçidlərin özləri şərq sirləri ilə səsləşir, tünd pərdələri olan dükanlar və uzun mavi paltarda izdihamlı tatarlar əyləncəli görünürdülər. Qapı açıq olan kiçik bir otaqda bir müəllimin onlarla oğlana dini qaydaları izah etdiyini gördüm, o, sözləri monoton səslə, irəli-geri yellənərək oxuyurdu.

Başqa bir yanda bərbər qurbanını son tüklərdən məhrum edirdi. Hər küncdə qəhvə və çay təklif olunurdu, lakin Konstantinopol və Sarayevoda daddığım qeyri-adi və dadlı şərq şirniyyatları burada tapılmadı. Karvansaraylarda və kiçik həyətlərdə yöndəmsiz dəvələr dincəlirdi.

Əli Nəsib Zərdabi

Fotolar: Qərbi Azərbaycan türklərinin görüntüləridir

Bu xəbəri paylaşın: