Qazinyan: PAŞİNYAN HAKİMİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ AZƏRBAYCAN KƏŞFİYATI TƏRƏFİNDƏN TƏMİN EDİLİR

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri etiraf edib ki, onlar “Ermənistanda revanşist müxalifətçilərin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə qarşı hərəkətlərinin qarşısını qətiyyətlə alacaqlar”.

Ermənistan parlamentinin keçmiş deputatı, “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan öz səhifəsində yazıb:

“Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri etiraf edib ki, onlar “Ermənistanda revanşist müxalifətçilərin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə qarşı hərəkətlərinin qarşısını qətiyyətlə alacaqlar”.

Əslində Nikol Paşinyan hökumətinin təhlükəsizliyi ilə Azərbaycan kəşfiyyatı məşğul olur, onun super vəzifəsi Ermənistanda hakimiyyət dəyişikliyinin qarşısını almaq, “revanşistlərin” hərəkətlərini qətiyyətlə dayandırmaqdır.

Burada ən vacib sual budur: “revanşistlərin” əməlləri necə və hansı mexanizmlərin köməyi ilə yatırılır?..

Ermənistan müxalifətçilərinə qarşı repressiv üsullardan istifadə olunur: qəddar polis qüvvələri, həbslər, saxlanmalar, lakin formal olaraq Ermənistan polisləri, müstəntiqləri, prokurorları və hakimləri tərəfindən həyata keçirilir.

Nəzərə alsaq ki, Ermənistanın düşməni sayılan dövlətin kəşfiyyat rəhbəri “revanşist müxalifətçilərin əməllərini qətiyyətlə yatırmağa” hazır olduqlarını bəyan etmək hüququnu özündə saxlayır, bu o deməkdir ki, onlara bu hüququ Ermənistandan veriblər və bu orqanların repressiv hərəkətləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təlimatlandırılır və əlaqələndirilir:

Maraqlıdır ki, müxalifətçilərə qarşı kobud güc tətbiq edən polislər, müxalifətçiləri saxlayan müstəntiq və prokurorlar, onları həbs edən hakimlər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin əmrini yerinə yetirdiklərini anlayırlar?

Əgər belə deyilsə, o zaman Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin bu aşağılayıcı bəyanatına Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin rəhbərindən sərt cavab gözləyirəm.

P.S. Armen Qriqoryanın məhkəmə zalında müəmmalı ölümü, deyəsən, konkret aydınlaşır…”

Mənbə: nevostnik.ru

Bu xəbəri paylaşın: