Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi ehtiyatda olan polkovnik Qasımov Əli Qasım oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin,hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin!
Polkovnik Qasımov Əli Qasım oğlu 19 avqust 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub.


O, 1974 -cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd orta məktəbəinin birinci sinifinə daxil olmuş, 1991-ci ildə həmin orta məktəbi bitirdikdən sonra, 1991-ci ildə Naxçıvan Dövlət Universitetinə daxil olmuş, 1996-ci ildə həmin Universiteti bitirmişdir.
Polkovnik Əli Qasımov 1999 -ci ilın fevral ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi- tədris müəssisəsini bitrdikdən sonra Daxili İşlər Nazirinin müvafiq əmri ilə ona ilk hərbi «leytenant «hərbi rütbəsi verilib.
O, 1996-1997 -cı illərdə Azərbaycan Ordusunda müdddətli həqqi hərbi xidmətdə olub.
Ehtiyyatda olan polkovnik Əli Qasımov 1998- 2019ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Naxçıvan Muxtar respublikasında , Zaqatala, Bərdə, Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbı hisələrdə ( hərbi hospitalda) taqim komandiri, tərbiyə bölməsində təlimatçi və baş təlimatcı, hərbi hissə komandirinin ( hərbi hospital rəisinin) tərbiyəvi işlər üzrə müavini vəzifələrində xidmət edib.
O, Daxili Qoşunlara,xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində ,cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.



Polkovnik Qasımov Əli Qasım oğlu peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 23 (iyirmi üc) ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.
Əli Qasımov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun nümnə olmuşdur.
Ehtiyyatda olan polkovnik Əli Qasımov Türkiyə Cümhüriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti və onların bir hərbı qurum kımı ölkə daxilində yerinə yetrdikləri funksiyaları ilə yaxından tanış olmaq üçün .1999-cu ilin aprel ayında Ankara, Istanbul, Izmir və Foce şəhərlərində işguzar səfərdə olub.
O, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. Əli Qasımov Daxili Qoşunların Baş idarəsinin hərbi hisələrində təlimatcı və hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində, hərbi hissədə bir sıra komissiyaların üzvü və məqsədli qrupun rəhbəri olduğu müddətdə O,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində daimi Daxili Qoşunların Komandanlıgının, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin və xidmət etdiyi hərbi hissənin komandirinin diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların yaradılmasının 22-ci il dönumu ilə əlaqədar olaraq, Dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə,öz xidməti vəzifələrini, hərbi hissə qarşısında duran tapşırıqları yerinə yerınə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 08 mart 2014- cü il tarixli Sərəncamı ilə polkovnik Qasımov Əli Qasım oğlu «Hərbı xidmətlərə görə «medalı ilə təltif olunub.
Polkovnik Əli Qasımov Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin,təhsil aldığı hərbi məktəb rəisinin və xidmət etdiyi hərbi hissələrin komandirlərinin müvafiq əmrləri ilə bir sıra medallarla, «Əla xidmətlərə görə «döş və yubley nisanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK ƏLİ BƏY!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev


