ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib ki, Kiyev lazım bildiyi təqdirdə ABŞ silahlarıyla Krıma zərbələr endirməsoinə qarşı deyil.
ABŞ rəsmisi bunu onunla izah edib ki, Vaşinqtonun verdiyi silahlar müdafiə üçündür və Kiyevin öz torpağında güddüyü istənilən məqsəd müdafiə sayılır.
Adını açıqlamayan administrasiya rəsmisi bunu avqustun 17-də Politico-ya bildirib.
“Əlbəttə, biz hədəf seçmirik və təmin etdiyimiz hər şey özünümüdafiə məqsədi daşıyır. Onların suveren Ukrayna torpağında tutmağa qərar verdikləri istənilən hədəf, tərifə görə, özünümüdafiədir”, — deyə rəsmi bildirib. O, Krımın mülkiyyəti ilə bağlı suala cavab verib ki, yarımada Ukraynanın bir hissəsidir. Adı açıqlanmayan ukraynalı rəsmi Politico-ya bildirib ki, Kiyevə dəstək mesajı gəlib.
Nəşrin materialında rəsmi Kiyevin tanımadığı Krımda son partlayışlardan bəhs edilir. Krımdakı Saki hərbi aerodromunda sursatın partlaması ilə bağlı insidentdən bir həftə sonra, avqustun 9-da Cankoy rayonundakı hərbi hissənin ərazisindəki sursat anbarında partlayış baş verib.
Elnur Səlim
