Şəhid Xaqani Aslanovun Anım günü keçirilib

Şəhid Xaqani Aslanovun Anım günü keçirilib.

Mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, müharibə veteranları iştirak edib və şəhidin ruhuna dualar ediblər.

Tədbirdə iştirak edən Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev çıxış edərək 4 qardaş Birinci Qarabağ müharibəsində iştirak edən Aslanovlar ailəsi 3 nəfər şəhid verib və bir qardaş da müharibə veteranıdır. Nəslin davamçıları 44 günlük Vətən müharibəsində də atalarının qisasını almaq və əsarətdə olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandan cənab İlham Əliyevin çağrışına səs verərək cəbhəyə yollandılar. Qəhrəmanlar yetişdirən bu ailəyə bir daha başsağlığı verir və bildirirəm ki, belə qəhrəmanları olan Vətən basılmaz.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur

Bu xəbəri paylaşın: