Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvləri şəhidimiz Mehdizadə Əli Məcid oğlunun Cənnətdəki Mövludu münasibətilə evini ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev sosial şəbəkədə məlumat yayıb.


Saleh Dostiyev bildirib ki, şəhidimizin anası Sara xanımla söhbət edib, veteranlar adından başsağlığı veriblər. Şəhidimizin Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söhbət açdıq. Şəhidimizin ailəsinə Allahdan səbr dilədik.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Şəhidlər ölməz, əbədi yaşarlar!
